17:06 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
© AFP 2020 / Cindy Ord / Getty Images
Nyu-Yorkda "Professional Bull Riders Monster Energy Buck Off" yarışının iştirakçısı

Şərq təqvimi ilə qarşıdan gələn 2021-ci il Ağ öküz ili olacaq. Bu simvola müasir dünyada haralarda rast gəlmək olar - Sputnik Azərbaycan-ın fotolentində izləyin.

Çin təqviminə əsasən, 2021-ci ildə Ağ siçanın əvəzinə Ağ öküz gələcək. Çin təqviminin hər rəmzi heyvanının öz xüsusiyyətləri var. Şərqdə hesab edirlər ki, bütün il bu xüsusiyyətlərin əsasında keçəcək. Bəs 2021-ci ildə - Ağ öküz ilində bizi nə gözləyir?

Öküz daxili güc və özünəgüvənlik rəmzidir. Əsas xüsusiyyətlərindən biri - mühafizəkar olmağıdır. Bu il böyük işlər və hadisələr ili olacaq. Öküz nəcib heyvandır. Lakin lazım olanda o, tez və qəfildən hərəkət etməyi bacarır.

Bütün bu xüsusiyyətlərinə görə öküzü müasir simvolikada tez-tez görmək olar. Maşınların, idman komandalarının loqosunda, eləcə də rəssamların və heykəltaraşların əsərlərində. Hücum strategiyasına malik birja oyunçularını da "öküz" adlandırırlar.

Ümid edək ki, Öküz ilini xüsusi sarsıntı olmadan keçirəcəyik.

Digər fotolentlər

Əsas mövzular