16:09 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
© AFP 2020 / Peter Parks
Avstraliyada meşə yanğını nəticəsində yaralanmış koala müalicə edilir

Başa çatmaqda olan il çoxlarının yaddaşından silmək istədikləri hadisələrlə zəngin idi. Pandemiya, müharibə, partlayışlardan əlavə, bu il dünyanın müxtəlif yerlərində dağıdıcı təbii kataklizmlərlər yadda qaldı.

Hər il təbii fəlakətlər milyonlarla insanın həyatına zərbə vurur – onlar yaxınlarını itirirlər, əmlaklarından, evlərindən məhrum olurlar. BMT-nin hesabatına əsasən, son 20 il ərzində ekstremal təbii hadisələrin sayı əhəmiyyətli dərəcədə artıb. Bu dövr ərzində təbii fəalkətlər milyondan artıq insanın həyatına son qoyub və 4 milyarda yaxın adama zərbə vurub.

Fəlakətlərdən dəyən iqtisadi zərər 3 trilyon dollardır.

Alimlər təbii fəlakətlərin artmasının əsas səbəbi kimi qlobal istiləşməni göstərirlər və insanları ekologiya barədə ciddi düşünməyə çağırırlar.

2020-ci ildə müxtəlif dağıdıcı fəlakətlər baş verib. İlə yekun vurarkən, biz onlardan bəzilərinin fotoşəkillərini toplamışıq.

Digər fotolentlər

Əsas mövzular