21:00 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
© REUTERS / Aly Song
İnsanlar Uhanda parkda rəqs edirlər.

Təxminən bir il əvvəl Çinin Uhan şəhərində ilk koronavirusa yoluxma halı qeydə alınmışdı və şəhər tamamilə təcrid edilmişdi. İndi isə Uhanda vəziyyət dünyanın digər şəhərlərindən fərqlidir. Sputnik Azərbaycanın fotolentində Uhanın bugünkü vəziyyətini izləyin.

Çinin əhalisi 12 milyon nəfər təşkil edən Uhan şəhəri koronavirus infeksiyasının ilk zərbəsini qəbul etmişdi. Şəhər bütün dünya ilə yanaşa Çinin digər rayon və vilayətlərindən də 11 həftə müddətinə təcrid olmuşdu. Şəhər sakinlərinə hətta evlərini belə tərk etmək qadağan edilmişdi.

Bu gün isə, ilk yoluxma faktından təxminən bir il sonra Uhanda vəziyyət başqadır - bütün dünyanın lokdauna getdiyi bir zaman, burada həyat normal axarına düşüb. Restoranlar, gecə klubları, ticarət mərkəzləri və hətta infeksiyanın ilk yayıldığı bazarlar belə fəaliyyətini bərpa edib.

Bir neçə gün əvvəl isə Uhanda tibbi maska taxmamağa icazə verilib. Bununla belə, şəhər sakinlərinin əksəriyyəti maskada gəzməyi üstün tutur. Burada son bir neçə gün ərzində koronavirusa yoluxma halı baş verməyib.

Digər fotolentlər

Əsas mövzular