04:57 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
© AFP 2020
Braziliyalı hücumçu Pele 1960-cı il mayın 8-də Malmö və Braziliya komandaları arasında keçirilmiş yoldaşlıq görüşündə müdafiəçidən yayınmağı bacarır.

Fransanın "France Football" nəşri simvolik "dream team" yığma komandasını qurub. Komanda 3-4-3 sxeminə əsasən tərtib olunub, oyunçuların seçimində isə 140 nüfuzlu idman jurnalisti iştirak edib.

Xəyalınızda Lionel Messi, Kriştianu Ronaldu, Pele və digər ən titullu və məşhur oyunçuların yer aldığı bir futbol komandası canlandırın. Əsl "dream team" və ya məğlubedilməz komanda! France Football-un bu addımı atmaqda məqsədi də elə bütün dövrlərin ən yaxşı futbolcularından ibarət məhz bu cür yığma komandanı formalaşdırmaq idi.

Komanda üç müdafiəçi, dörd yarımmüdafiəçi və üç hücumçudan ibarətdir. Beləliklə, siyahıya "Kafu" ləqəbli Evangelista de Morales Markos (Braziliya), Frans Bekkenbauer (Almaniya), Paolo Maldini (İtaliya), "Xavi" ləqəbli Hernandes Xavyer Kreus (İspaniya), Lotar Matteus (Almaniya), Pele (Braziliya), Dieqo Maradona (Argentina), Lionel Messi (Argentina), Kriştianu Ronaldu (Portuqaliya) və Ronaldo (Braziliya) daxil ediliblər.

"Arzuların komandası"nda qapını isə əfsanəvi sovet qolkiperi Lev Yaşin qoruyur.

 

Digər fotolentlər

Əsas mövzular