20:43 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Bakıda yağışlı hava

Nəhayət Bakıya əsl payız havası gəldi - noyabrın 16-dan güclü yağışlar payataxt yollarını iflic etdi. Yağışlı Bakının görüntüləri Sputnik Azərbaycan-ın fotolentində.

Sinoptiklər hələ bir həftə əvvəl Abşeron yarımadasında havanın pisləşəcəyini və yağıntılı olacağı barədə xəbərdarlıq etmişdi. Onlar səhv etmədilər, və artıq noyabrın 16-sı səhər saatlarında Bakıya güclü yağış yağmağa başlayıb. Nəticədə, paytaxtın əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic olub.

Qeyd edək ki, sinoptiklərin proqnozuna əsasən, yağıntılı hava şəraiti davam edəcək. Noyabrın 17-də gün ərzində Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Rayonlarda da, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Digər fotolentlər

Əsas mövzular