00:51 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Ibrahim Hashimov
Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Azərbaycanın cəbhəboyu rayonları Ermənistan ordusu tərəfindən atəşə tutulub. Mülki əhali arasında ölən və yaralılar var. Sputnik Azərbaycan Tərtərdə lentə alınan görüntüləri təqdim edir

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonunun bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəyib, həmçinin, xırda və iri buynuzlu heyvan və təsərrüfat təyinatlı məntəqələr, eləcə də nəqliyyat vasitələri məhv edilib.

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olub.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Tərtər şəhərində dağılmış evləri lentə almağa müvəffəq olub.

Əlaqədar

Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı
Tərtərdə yaşayış evləri mərmi atəşinə tutulub – VİDEO
Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub
Ermənistan itkilərini etiraf etməyə başladı, onlarla ölü, yüzdən çox yaralı
Teqlər:
Azərbaycan, Ermənistan, münaqişə zonası, münaqişə, Dağlıq Qarabağ, fotolent

Digər fotolentlər

Əsas mövzular