07:10 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Bakı metrosu 72 günlük fasilədən sonra ilk sərnişinlərini qəbul edib.

Uzun fasilədən sonra Bakı Metropoliteni yenidən işə düşüb. Sərnişinlərdən tibbi maskaların taxılması və məsafəyə riayət olunması tələb olunur. Paytaxt metropoliteninin ilk iş günü Sputnik Azərbaycan-ın fotolentində.

Bakı Metropoliteni iyulun 4-dən 72 gün sərnişinlərə xidmət etməyib. Ölkə hakimiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün metronu bağlamalı olub. Paytaxt sakinləri metronun açılış gününü səbirsizliklə gözləyirdilər və bu mövzu son vaxtlar sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

Sentyabrın 14-də uzun zamandır gözlənilən gün gəlib. Bakı Metropoliteni öz qapılarını açıb və bundan başqa, xəttə iki yeni müasir qatar buraxıb.

Metrodan istifadə edən sərnişinlər metronu tərk edənədək həmişə maskada olmalı, həmçinin sosial məsafəyə maksimum riayət etməlidirlər. Bu qaydalara riayət olunmasını təmin etmək məqsədilə stansiyalarda, vestibüllərdə və vaqonlarda audio, vizual və statik bildiriş üsullarından istifadə olunur.

Xatırladaq ki, paytaxt metropoliteni ictimai nəqliyyatın digər növləri kimi sentyabrın 30-dək şənbə və bazar günləri qüvvədə olan xüsusi karantin rejimi ilə əlaqədar olaraq işini dayandıracaq.

Digər fotolentlər

Əsas mövzular