15:05 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Stringer
Böyükşor gölündə vəziyyət

Ötən gün Böyükşor gölündən 14 ton çirkli qatı məhlul yığışdırılıb və ETSN-in təhlükəli tullantılar poliqonuna daşınıb.

BAKI, 10 iyul — Sputnik. Böyükşor gölündə təmizləmə işlərinə start verilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə ötən gündən etibarən göldə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub.

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov Sputnik Azərbaycan-a bildirib ki, Böyükşor gölündəki bu problem "Sobsan" boya fabrikindəki yanğın zamanı gölə axıdılmış çirkab suları nəticəsində yaranıb. Çünki, suyun üzündəki qatda boya elementləri görünür. Amma yenə də dəqiq nəticə aparılan araşdırmaların yekununda əldə olunacaq. Nazirlik tərəfindən artıq araşdırmalara başlanıb və suyun üzünə yığılmış çirkab təbəqənin yığılaraq utilizasiya olunması istiqamətində tədbirlər görülür:

"Dünəndən ETSN və FHN əməkdaşları tərəfindən çirkab təbəqənin utilizasiya işləri görülür. Dünən buradan 14 ton çirkli qatı məhlul yığışdırılıb və ETSN-in təhlükəli tullantılar poliqonuna daşınıb. Həmin poliqonda da zərərsizləşdirilərək utilizasiya olunacaq. Çirkab məhlul qatı olduğuna görə təmizlənməsi çətin olur. Amma cəlb olunmuş yeni avadanlıqlar nəticəsində işin effekti olur."

Vaqif Cavadov çirklənmiş hissənin 60-65 fazinin təmizləndiyini vurğulayıb:

"Çirklənmiş səth əsasən indi dayandığımız ərazidədir. Amma bundan əlavə, suyun kənarlarında da müəyyən ləkələr var idi. Amma biz dərhal buranı lazımi vasitələrlə əhatələyərək çirkab qatın suyun səthinə yayılmasının qarşısını almışıq. Ona görə də buradakı qat yerində qalıb. Digər ərazilərdəki çirkab isə küləyin təsiri ilə yenidən suya qarışıb. Hava sakitləşdikdən sonra həmin qat da sahilə yaxınlaşdıqca, götürüb zərərsizləşdirəcəyik. Ümuimilikdə çirklənmiş hissə təqribən 3000 kvadratmetr ərazini əhatə edir. Hazırda 1000 kvadratmetrə yaxın ərazi qalıb"

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin rəisi Fuad Bağırov da bildirib ki, təmizlənməli olan əsas ərazi nəzarətə götürülüb. Günün sonuna kimi və ya sabah günün birinci yarısında işlər yekunlaşdırılacaq:

"Lazımi qədər texnika və canlı qüvvə cəlb etmişik. Hava şəraitinə, çətinliyə baxmayaraq işlər davam edir. Çalışırq ki, qısa müddətdə çirkabın təmizlənməsi yekunlaşsın. Həm xidmət rəsinin müavini, həm də operatorlar olmaqla 8 nəfər cəlb olunub. "

Digər fotolentlər

Əsas mövzular