07:19 07 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
RF Konstitusiyasına dəyişikliklər üzrə Rusiyanın Bakıdakı səfirliyində səsvermə prosesi.

Bir iyul Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin edilməsi üçün Ümumrusiya səsverməsinin son günüdür. Rusiya Federasiyasının Bakıdakı səfirliyində səsvermənin necə keçirildiyinə Sputnik Azərbaycan-ın fotolentində baxın.

Rusiya Konstitusiyasına dəyişikliklər üzrə Ümumrusiya səsverməsi üçün seçki məntəqəsi iyulun ilk günü saat 8:00-da Rusiyanın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinin binasında açılıb. Azərbaycanda yaşayan və ya müvəqqəti burada olan Rusiya Federasiyasının vətəndaşları gün ərzində səs verə bilərlər. Məntəqə bu gün Bakı vaxtı ilə saat 20:00-dək işləyəcək. Səsvermə koronavirusun yayılmasının qarşısının alınması üzrə sanitar normalara riayət olunmaqla keçirilir - sosial məsafəyə riayət edilir, girişdə səs verənlərin bədən temperaturu ölçülür, həmçinin birdəfəlik əlcəklər, maska və diyircəkli qələm verirlər.

Xatırladaq ki, 1 iyul – Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə Ümumrusiya səsverməsinin son və əsas günüdür. Əvvəlcə səsvermə 22 aprelə təyin olunmuşdu, lakin COVİD-19 pandemiyasına görə təxirə salındı. Daha sonra prezident Vladimir Putin yeni səsvermə tarixi haqqında fərman imzalayıb.

Epidemioloji durumu və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi zərurətini nəzərə alaraq, rusların iyunun 25-dən iyulun 1-dək səs vermələri qərara alınıb.

Teqlər:
vətəndaşlar, Rusiya, seçkilər

Digər fotolentlər

  • Bakıda karantin rejiminin yumşaldılmasından sonra Buzovna çimərliyi
    Last update: 19:32 06.08.2020
    19:32 06.08.2020

    Salam, dəniz! Biz gəldik...

    Nazirlər Kabineti yanında Operativ Qərargah çimərliklərlə bağlı qadağanı müəyyən qaydalara riayət etmək şərtilə aradan qaldırıb. Bu hadisə dəniz istirahəti həvəskarlarının sevincinə səbəb olub və paytaxt əhalisi Abşeron çimərliklərinə axışıb.

    20
    22
  • Beyrutdakı partlayışda
    Last update: 11:46 05.08.2020
    11:46 05.08.2020

    Xirosima və Naqasaki kimi: Beyrutdakı dəhşətli partlayışın nəticələri

    Çərşənbə axşamı Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Şəhərin liman anbarlarında baş vermiş partlayış ağır dağıntılara, yüzlərlə insanın həlak olmasına və yaralanmasına səbəb olub. Hadisənin nəticələrini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

    64
    20
  • Qoruyucu maskada olan qız Cakartada qraffitinin qarşısından keçir, İndoneziya
    Last update: 21:15 01.08.2020
    21:15 01.08.2020

    Turistlər, bayramlar və etirazlar – Həftənin fotosu

    Sputnik Azərbaycan dünyanın aparıcı agentliklərinin müxbirləri tərəfindən ötən həftə çəkilən ən parlaq və emosional fotoları təqdim edir

    18
    26
  • Qurban bayramına hazırlıq
    Last update: 20:30 30.07.2020
    20:30 30.07.2020

    Müsəlman dünyası Qurban bayramına necə hazırlaşır

    İslam dünyası iyulun 31-də ən əsas bayramlarından olan Qurban bayramını qeyd etməyə hazırlaşır. Dünyanın müxtəlif ölkələrində Qurban bayramına necə hazırlaşıldığına Sputnik Azərbaycan-ın fotolentində baxın.

    47
    13

Əsas mövzular