01:20 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© AFP 2020 / Gabriel Bouys
Madriddə qraffiti fonunda selfi edən kişi

Sputnik Azərbaycan ötən həftə dünyanın aparıcı agentliklərinin müxbirlərinin çəkdiyi ən parlaq və emosional fotoları oxucuların diqqətinə çatdırır.

Ötən həftə bir sıra parlaq hadisələrlə yadda qaldı. Artıq bir neçə aydır ki, bütün dünya koronavirus pandemiyası ilə yaşayır. Yoluxanların sayı artıq 4 milyon nəfəri keçib və hər gün də armaqdadır. Amma bəzi ölkələrdə xəstəliyə yoluxmanın ən yüksək həddi keçilib və karantin rejimi yumşaldılıb. ABŞ-da, bir sıra Avropa ölkələrində, eləcə də Rusiyada isə vəziyyət kəskin olaraq qalır.

Ötən həftə alman faşizmi üzərində qələbənin 75 illiyi qeyd edildi. Bayram tədbirləri koronavirisin həyatımıza etdiyi korrektələr baxımından, bir qədər fərqli keçirildi. Mayın 9-na nəzərdə tutulan kütləvi tədbirlər, Moskvada Qırmızı Meydanda keçirilməli olan hərbi parad təxirə salındı.

Ötən həftə dünyanın hansı hadisələrlə yaşadığını bir daha xatırlamaq üçün ən müxtəlif ölkələrdən toplanan          şəkillərə baxmağı təklif edirik. Yadda qalan hadisələrə, eləcə də dünyanın aparıcı agentliklərinin müxbirlərinin çəkdiyi emosional anlara Sputnik Azərbaycan-ın fotolentində baxın.

Digər fotolentlər

Əsas mövzular