00:24 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Bakı küçələrində futbol oynayan uşaqlar

Bakıda xüsusi karantin rejimi mərhələlərlə yumşaldılmağa başlayıb. Bu gündən etibarən bəzi mağazalar açılıb, xüsusi icazənin vaxtı 1 saat uzadılıb. Sputnik Azərbaycanın fotolentində canlanan Bakıya baxın.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, aprelin 27-dən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq edilən xüsusi rejimin yumşaldılmasına başlanılıb.

Ölkədə kitab və qəzet, geyim, kosmetika və ətriyyat, kompüter və məişət texnikası, mebel, tikinti materialları, avtomobil, kimyəvi malların satışı bərpa edilib. Bir sıra xidmət sahələrinə icazə verilib.

Vətəndaşlara evdən çıxmağa icazə verən SMS-razılığın müddəti 2 saatdan 3 saata qaldırılıb.  

Amma əvvəlki kimi təhsil müəssisələri, ticarət mərkəzləri, kafe və restoranlar bağlıdır.

Karantinin yumşalmasının ilk günündə küçələrdə nəzərəçarpacaq canlanma var idi. Yollarda avtomobillərin, küçələrdə insanların sayı artmışdı. Uzun müddət insanların tək-tük gəzdiyi Bakının Nizamı küçəsi yenidən dolmuşdu.

Tədricən karantindən çıxan Bakıya fotolentimizdə baxa bilərsiz.

Digər fotolentlər

Əsas mövzular