17:56 07 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Bakıda yel çərşənbəsi

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl yaranıb.

Yel çərşənbəsində ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir.

Xanımlar uşaqlar üçün təzə paltar tikir.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

Digər fotolentlər

Əsas mövzular