14:24 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
© AFP 2019 / Getty Images for Sports Illustrated// Frazer Harrison
Model Mayamidə gözəllik yarışmasında

Mayamidə keçirilən çimərlik modası həftəsində bu il podiuma qeyr-adi modellər çıxıblar. Nümayişdə iştirak edən müxtəlif bədən quruluşuna malik qızlar heç də klassik model tipinə oxşamayıblar.

Mayamidəki çimərlik modası həftəsi ən baxımlı moda nümayişindən biridir. Moda nümayişi sərbəst atmosferdə keçir – gözəl modellər podiumda ehtiraslı şəkildə rəqs edirlər və qonaqlara öpüş göndərirlər.

Burada istənilən çimərlik geyimini görmək olar – seksual mini-bikinidən tutmuş, dini baxımdan çimərlikdə soyuna bilməyən qadınlar üçün nəzərdə tutulan geyimlərə qədər.

Bu il nərmənazik modellərlə yanaşı, podiuma görməyə alışmadığımız fərqli modellər də çıxıb. Plyus-sayz modellər özlərini supermodellərdən pis hiss etməyiblər və buna görə də, alqışlarla qarşılanıblar.

Amma... Yüz dəfə eşitməkdənsə, bir dəfə baxmaq daha yaxşıdır deyirlər. Sputnik Azərbaycan-ın fotolentində ən gözəl moda nümayişinə baxa bilərsiz.

Digər fotolentlər

Əsas mövzular