FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qədim sənətin nadir davamçısı şikayət edir: "Torpaq tapa bilmirəm"

Abunə olmaq
Hazırda bu sənətin unudulması və tarixdən silinməsi problemi yaşanır

İlham Əhmədov Sputnik Azərbaycan.

BAKI, 20 yanvar — Sputnik. Əslən Qəbələ rayonunun Küsnət kəndindən olan Vaqif Zeynalovun ailəsi tərəfindən qədim dulusçuluq sənəti bu gün də yaşadılmağa çalışır.

Su üzərində sənət: Azərbaycanlı ebruzəndən yeni il ovqatı  - Sputnik Azərbaycan
VİDEO
Su üzərində sənət: Azərbaycanlı ebruzəndən yeni il ovqatı

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, ixtisasca mühəndis olan V.Zeynalov qədim xalq tətbiqi sənətini rayonda yaşadan yeganə şəxsdir. O, öz emalatxanasında dulusçuluqla məşğul olur. Şagirdlərinə bu sənətin sirlərini öyrədən usta Vaqif dulusçu bıçağı, cilalayıcı alət, dulusçu dəzgahı, ağac biz, taxta suvaq aləti vasitəsilə gildən müxtəlif məmulatlar hazırlayır. Onun böyük ustalıqla düzəltdiyi səhəng, qalğa, dopu, küp, dibçək, piti qabı, güldan, bardaq, nehrə və s. yerli əhali və rayona gələn turistlər tərəfindən həvəslə alınır.

Dulusçuluq üçün istifadə olunan xammal "sarışirə" adlanan dağ torpağıdır. Xüsusi texnologiya əsasında bu torpaqdan hazırlanan müxtəlif piti qablarında və evlərdə işlədilən digər məişət əşyalarında saxlanılan ərzaq məhsulları, bişirilən xörəklər öz təbii keyfiyyəti və dadı ilə fərqlənir. Lakin bütün bunlara baxmayaraq, hazırda bu sənətin unudulması və tarixdən silinməsi problemi yaşanır. Buna səbəb isə lazım olan torpağın olmaması, olan ərazilərdə isə yeni evlərin, villaların tikilməsidir.

Usta Vaqif də torpaq sarıdan çox əziyyət çəkir: "Hazırda vəziyyət çox çətindir, İsmayıllıdan ordan-burdan torpaq axtarırıq. Demək olar ki, rayonda torpaq tapmaq mümkün deyil. Torpaq olan ərazilərdə də villalar, yeni evlər tikilib. Kim icazə verər ki, həyətindən torpaq götürək?! Torpaqlar da fərqlidir, ayırmaq təmizləmək lazımdır. Bizdə hər şey əllə olduğu üçün çox çətinlik çəkirik. Bir neçə il bundan qabaq sifariş az idi, indi sifariş də çoxdur, alıcı da. Amma nə olsun, o vaxt alıcı yox idi, sata bilmirdik, indi alıcı var, torpaq tapmırıq".

Şəki kəlağayısı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əsrlərdən qalan sənət yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir

"Heç kimə də problemdən danışmaq olmur, ilk eşitdiyimiz söz bu olur ki, "sizə torpaq tapmalıyıq?" İsmayıllıdan da min əzabla torpaq gətiririk, o da yol xərci çox çıxır deyə sərf eləmir. Məcburuq ki, qiyməti qaldıraq. Sifarışlərimə görə məcbur qalıb maşınımla torpaq daşıyıram. Çalışıram ki, həm sənətimi yaşadam, həm də çörək qazanam" – deyə dulusçu gileylənir.

Qeyd edək ki, Vaqif Zeynalov Şəkidə keçirilən Ümumrespublika Dekorativ Sənət Festivalının və İsmayıllı rayonunda keçirilən tətbiqi sənət ustalarının sərgisinin diplomları ilə təltif olunub. Ümumrayon tədbirlərində onun hazırladığı dulusçuluq məhsulları nümayiş etdirilir və keyfiyyətinə, gözəlliyinə görə insanlar tərəfindən bəyənilir.

© Sputnik / Ilham AhmadovDuluşçu emalatxanası
Duluşçu emalatxanası - Sputnik Azərbaycan
1/14
Duluşçu emalatxanası
© Sputnik / Ilham AhmadovDuluşçu emalatxanası
Duluşçu emalatxanası - Sputnik Azərbaycan
2/14
Duluşçu emalatxanası
© Sputnik / Ilham AhmadovDuluşçu emalatxanası
Duluşçu emalatxanası - Sputnik Azərbaycan
3/14
Duluşçu emalatxanası
© Sputnik / Ilham AhmadovDuluşçu emalatxanası
Duluşçu emalatxanası - Sputnik Azərbaycan
4/14
Duluşçu emalatxanası
© Sputnik / Ilham AhmadovDuluşçu emalatxanası
Duluşçu emalatxanası - Sputnik Azərbaycan
5/14
Duluşçu emalatxanası
© Sputnik / Ilham AhmadovVaqif Zeynalov
Vaqif Zeynalov - Sputnik Azərbaycan
6/14
Vaqif Zeynalov
© Sputnik / Ilham AhmadovVaqif Zeynalovun duluşçu emalatxanası
Vaqif Zeynalovun duluşçu emalatxanası - Sputnik Azərbaycan
7/14
Vaqif Zeynalovun duluşçu emalatxanası
© Sputnik / Ilham AhmadovDuluşçu emalatxanası
Duluşçu emalatxanası - Sputnik Azərbaycan
8/14
Duluşçu emalatxanası
© Sputnik / Ilham AhmadovVaqif Zeynalovun ailəsi tərəfindən qədim dulusçuluq sənəti bu gün də yaşadılmağa çalışır
Vaqif Zeynalovun ailəsi tərəfindən qədim dulusçuluq sənəti bu gün də yaşadılmağa çalışır - Sputnik Azərbaycan
9/14
Vaqif Zeynalovun ailəsi tərəfindən qədim dulusçuluq sənəti bu gün də yaşadılmağa çalışır
© Sputnik / Ilham AhmadovDuluşçu emalatxanası
Duluşçu emalatxanası - Sputnik Azərbaycan
10/14
Duluşçu emalatxanası
© Sputnik / Ilham AhmadovDuluşçu emalatxanası
Duluşçu emalatxanası - Sputnik Azərbaycan
11/14
Duluşçu emalatxanası
© Sputnik / Ilham AhmadovDuluşçu emalatxanası
Duluşçu emalatxanası - Sputnik Azərbaycan
12/14
Duluşçu emalatxanası
© Sputnik / Ilham AhmadovDuluşçu emalatxanası
Duluşçu emalatxanası - Sputnik Azərbaycan
13/14
Duluşçu emalatxanası
© Sputnik / Ilham AhmadovDuluşçu emalatxanası
Duluşçu emalatxanası - Sputnik Azərbaycan
14/14
Duluşçu emalatxanası
Xəbər lenti
0