FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakının mərkəzində "bal krallığı"

Abunə olmaq
Qiymətlər balın növündən asılı olaraq 20-35 manat arasında dəyişir

Azərbaycanın bütün regionlarının arıçıları seçilmiş ballarını paytaxta gətirib. Bu arıçılıq məhsulları artıq ənənəvi illik bal yarmarkasında satışa çıxarılıb.

Azərbaycanın hər yerindən gətirilmiş balların satışa çıxarıldığı yarmarkanın keçirildiyi ünvan bu il dəyişib. Hazırda sözügedən yarmarka Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində fəaliyyət göstərir. Burada beş pavilyondan ibarət ticarət mərkəzi yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub. Bunlardan 5 tonu çərçivə halındadır. Bundan əlavə, yarmarkaya digər arıçılıq məhsulları — propolis (vərəmum), çiçək tozu, arı südü və s. çıxarılıb. Ballar isə müxtəlifdir — meşə balı, çiçək balı, çökə balı, şabalıd balı və hətta vəhşi arıların balı. Qiymətlər balın növündən asılı olaraq 20-35 manat arasında dəyişir.

Yarmarkaya çıxarılan balın keyfiyyəti məsələsinə Qida Təhlükəsizliyi Agentliyi məsuldur. Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasına çıxarılması planlaşdırılan 3974 adda məhsuldan 900-ü, yəni təxminən 30 ton məhsul ekspertizanın nəticələrinə görə yararsız hesab edilib.

Bu ilki yarmarkada yenilik həm də ondan ibarətdir ki, onun təşkil olunmasında Azərbaycan Arıçılar Assosiasiyası da iştirak edib.

Yarmarka həftənin yeddi günü fəaliyyət göstərir və oktyabrın 28-dək davam edəcək.

© Sputnik / Murad OrujovƏnənəvi illik bal yarmarkası
Ənənəvi illik bal yarmarkası - Sputnik Azərbaycan
1/12
Ənənəvi illik bal yarmarkası

2/12

3/12

4/12

5/12

6/12

7/12

8/12

9/12

10/12

11/12

12/12
Ənənəvi illik bal yarmarkası
Xəbər lenti
0