CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyaya fiziki əngəlli gəlsə də, bu gün heç bir əngəl tanımır

Abunə olmaq
Cavid Eyyubov fiziki qüsurlu olmasına baxmayaraq, fitri istedadı ona həyatını qazandırır

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Hər bir insan rahat, firavan və ən əsası, sağlam yaşamaq istəyir. Amma bu təbii istəkdən ömürlük məhrum olan, fiziki qüsurlu insanlar da var. Fiziki imkanları məhdud olan belə insanlar həyatda öz yerlərini tapmaqda, konkret sənətə yiyələnməkdə, yaxud istedad və peşə bacarıqlarını ifadə etməkdə çətinliklərlə üzləşirlər.

Əlilliyi olan insanlar arasında incəsənətə, sənətkarlığa meylli olanlar, sənət qabiliyyətini inkişaf etdirənlər də az deyil. Ancaq onların heç də hamısı öz qabiliyyətlərini üzə çıxarmaq və inkişaf etdirmək imkanı əldə edə bilmirlər. Bəziləri illərlə istedad və bacarıqlarını daxildə saxlamağa məcbur olurlar.

Ölkəmizdə də fiziki qüsurları olmasına rəğmən, incəsənətin müxtəlif növləri — rəssamlıq, ağac üzərində oyma ilə məşğul olan insanlar var. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, belə insanlardan biri də Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubovdur.

Hələ kiçik yaşlarından sənətə, qurub-yaratmağa marağı olan Cavid yavaş-yavaş bu bacarığını inkişaf etdirməyə çalışıb. Cavid artıq 5 ildən çoxdur ki, ağac üzərində oyma sənəti ilə, eləcə də sənətkarlıqla məşğuldur. Başlanğıcda elə də asan olmasa da, getdikcə zəhmətinin bəhrəsini görür.

Fiziki qüsurlu olmasına baxmayaraq, istedadına, qabiliyyətinə arxalanan C.Eyyubov əsl sənətkar kimi yaşayır, yaradır, istedadını nümayiş etdirir. Eyni zamanda, rayon daxilində, həmçinin Respublikada keçirilən sərgilərdə böyük qürurla iştirak edir.

Hazırda evlərinin bir hissəsində özü üçün kiçik bir emalatxana quran Cavid boş vaxtlarında ağaclardan və taxtadan müxtəlif mövzularda sənət əsərləri yaradır. Azərbaycanın zəngin musiqisini təbliğ edən musiqi alətlərimizin kiçik maketlərini hazırlayır. Bütün bunlarla yanaşı, dünyaya səs salan Göyçay narının da maketini hazırlayan Cavid insanların daha çox bu əl işinə önəm verdiyini bildirir.

Cavidin dəfələrlə rayonda, eləcə də paytaxtda təşkil olunmuş sərgilərdə nümayiş olunan əl işləri yerli və xarici turistlər, həmçinin sadə insanlar tərəfindən maraqla qarşılanıb. Onun yaratdığı sənət nümunələrini insanlar sevərək alır. Göyçay rayonunda keçirilmiş Beynəlxalq Nar festivalında onun hazırladığı nar maketləri və digər əl işləri rayon üzrə ən çox satılan və axtarılan maketlər hesab edilir.

Həmsöhbətimiz müəyyən çatışmazlıqların da olduğunu deyir. Bildirir ki, daha keyfiyyətli fəaliyyət göstərməsi üçün müəyyən dəstək olmalıdır: "Rayona tez-tez gəlib-getməyim müəyyən problemlər yaradır. Yeni materialların alınması üçün hazırladığım suvenirlərin satışını təşkil etməkdə çətinlik çəkirəm".

Gələcəkdə bu işin davamlılığı üçün köməyin vacibliyini qeyd edən sənətkar hər hansı uzadılacaq yardım əlinin onun üçün əvəzedilməz bir dəstək olacağını və biznesinin inkişafı üçün vacib olduğunu qeyd edib.

Cavidin timsalında əlilliyi olan insanlara həyatda, sənətdə zəruri şərait yaradılması vacibdir. Fiziki qüsurları olan, amma sənətə məhəbbəti aşıb-daşan, istedadlı insanları başqa sahələrdə də görmək olar. Bəzi ölkələrdə əlil aktyorların iştirakı ilə nəinki teatr, hətta balet tamaşaları da oynanılır və bu, hamını heyrətə gətirir.

Həmçinin, dünyanın bir çox ölkələrində əlillər üçün xüsusi dərnəklər yaradılır. Həmin dərnəklərdə fiziki imkanları məhdud insanları hansısa peşəyə yönləndirirlər. Dərnəklərin yaradılmasında əsas məqsəd belə istedadlı insanları üzə çıxarmaqdır.

© Sputnik / Ilham AhmadovGöyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov.
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov haqqında reportaj - Sputnik Azərbaycan
1/12
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov.
© Sputnik / Ilham AhmadovGöyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov.
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov haqqında reportaj - Sputnik Azərbaycan
2/12
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov.
© Sputnik / Ilham AhmadovCavid Eyyubovun əl işləri.
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov haqqında reportaj - Sputnik Azərbaycan
3/12
Cavid Eyyubovun əl işləri.
© Sputnik / Ilham AhmadovCavid Eyyubovun əl işləri.
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov haqqında reportaj - Sputnik Azərbaycan
4/12
Cavid Eyyubovun əl işləri.
© Sputnik / Ilham AhmadovCavid Eyyubovun əl işləri.
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov haqqında reportaj - Sputnik Azərbaycan
5/12
Cavid Eyyubovun əl işləri.
© Sputnik / Ilham AhmadovCavid Eyyubovun əl işləri.
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov haqqında reportaj - Sputnik Azərbaycan
6/12
Cavid Eyyubovun əl işləri.
© Sputnik / Ilham AhmadovCavid Eyyubovun əl işləri.
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov haqqında reportaj - Sputnik Azərbaycan
7/12
Cavid Eyyubovun əl işləri.
© Sputnik / Ilham AhmadovGöyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov.
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov haqqında reportaj - Sputnik Azərbaycan
8/12
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov.
© Sputnik / Ilham AhmadovCavid Eyyubovun əl işi.
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov haqqında reportaj - Sputnik Azərbaycan
9/12
Cavid Eyyubovun əl işi.
© Sputnik / Ilham AhmadovGöyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov.
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov haqqında reportaj - Sputnik Azərbaycan
10/12
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov.
© Sputnik / Ilham AhmadovCavid Eyyubovun əl işi.
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov haqqında reportaj - Sputnik Azərbaycan
11/12
Cavid Eyyubovun əl işi.
© Sputnik / Ilham AhmadovCavid Eyyubovun əl işi.
Göyçay rayonu Mollahacılı kənd sakini Cavid Eyyubov haqqında reportaj - Sputnik Azərbaycan
12/12
Cavid Eyyubovun əl işi.
Xəbər lenti
0