22:31 13 Dekabr 2017
Canlı yayım
FOTO

Məbəddə yaşayan qadın: "Allahşükür Paşazadə gələndə düşündüm ki..."

Qısa URL
93950
  • Zaqatala şəhərinin mərkəzindəki qədim Alban kilsəsi
  • Zaqatala şəhərinin mərkəzindəki qədim Alban kilsəsi
  • Zaqatala şəhərinin mərkəzindəki qədim Alban kilsəsi
  • Zaqatala şəhərinin mərkəzindəki qədim Alban kilsəsi
  • Zaqatala şəhərinin mərkəzindəki qədim Alban kilsəsi
  • Zaqatala şəhərinin mərkəzindəki qədim Alban kilsəsi
  • Zaqatala şəhərinin mərkəzindəki qədim Alban kilsəsi
  • Zaqatala şəhərinin mərkəzindəki qədim Alban kilsəsi
  • Zaqatala şəhərinin mərkəzindəki qədim Alban kilsəsi
  • Zaqatala şəhərinin mərkəzindəki qədim Alban kilsəsi
© Sputnik / Shahperi Abbasova
Zaqatala şəhərinin mərkəzindəki qədim Alban kilsəsi

"Hər dəfə bura turistlər gələndə xəcalət çəkirəm"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 dekbar — Sputnik. Zaqatala rayonu füsunkar təbiəti ilə nağıllar aləminə bənzəyir. Bölgədəki tarixi abidələr isə bu yerin möhtəşəmliyini daha da artırır. Amma təəssüflər olsun ki, bu gözəllik layiqincə qorunmur.

Zaqatala şəhərinin mərkəzində yerləşən, böyük bir tarixi özündə əks etdirən və V-VI əsrə aid olduğu güman edilən Alban kilsəsi əcdadlarımızdan bizlərə qalan qiymətsiz mirasdır. Bəs bizlər bu mirasa sahib çıxa bilirikmi?

Həmsöhbətim Dilbər Ömərova 55 ildir ki, bu məbədlə eyni həyətdə olan evdə yaşayır. Dilbər xanım sözügedən abidə haqqında bəzi faktları Sputnik Azərbaycan-a danışıb.

"Əvvəllər bu abidə yataqxana kimi istifadə olunurdu. Orada "Pedaqoji məktəb"in tələbələri qalırdı. Tələbələrlə yanaşı burada erməni ailələri də yaşayırdı. 1988-ci ildə məlum hadisələr başlayanda erməniləri məbəddən çıxartdılar. Tələbələr də həmin vaxt binadan köçürüldü" — Ömərova bildirib.

Onun sözlərinə görə, həmin ərəfədə ermənilərin "Topxana" meşəsini qırmasından və Azərbaycana qarşı ərazi iddialarından qəzəblənən bir qrup gənc sözügedən binanı yandırıb: "O yanğını üç günə söndürdülər. Əslində, məbəd qədim alban mirasıdır, onun ermənilərə dəxli yoxdur. Gənclərin qarşısını ancaq polis işə qarışandan sonra almaq mümkün oldu".

Dilbər xanım əvvəllər abidənin ətrafında üzərində yazılar olan böyük bir daşın olduğunu söyləyib: "Müharibə başlayan vaxt ermənilər həmin daşı özləri ilə apardılar. Erməni hiyləgərliyi elə burada da özünü göstərdi. Həmin vaxt ermənilər bizimlə çox mehriban idilər. Onlar buradan getmək istəmirdilər. Biz də dedik, "gedin, öz böyüklərinizlə danışın, problemi həll etməyə çalışın". Böyükləri ilə görüşəndə onlara demişdilər ki, "siz Qarabağa qurban getdiniz". Amma məni düşündürən başqa məsələ idi. Axı onlar bizimlə mehriban idilər, bəs niyə məhz daşı özləri ilə apardılar? Niyyətləri nə idi?"

Yerli sakin hazırda abidənin baxımsız durumda olmasından utandığını dilə gətirib: "Hər dəfə bura turistlər gələndə xəcalət çəkirəm. Onlar gəlib bizim abidəmizə olan münasibəti görüb nə fikirləşirlər?! Mən səlahiyyətli şəxs deyiləm, amma vətəndaşam. Bu, məni narahat edir, amma aidiyyatı qurumları narahat etmir".

"Hacı Allahşükür Paşazadə Zaqatalaya gələndə dedim bəlkə bərpa edərlər. Lakin görünən odur ki, abidənin vəziyyəti heç kimi maraqlandırmır. Ayda bir dəfə gəlib süpürüb gedirlər" — D. Ömərova qeyd edib.

Məsələ ilə əlaqədar yerli tarixçi Akif Məmmədlinin fikirlərini öyrəndik. Tarixçi bildirdi ki, həmin kilsənin yerində əvvəllər başqa bir məbəd olub. Həmin məbəd zamanla uçulub-sökülüb. XIX əsrin ortalarında onun qalıqları üzərində yenidən kilsə inşa edilib. Bura Zaqatala qalasında xidmət edən Rusiya imperiyasının pravoslav zabitlərinin ibadət yerinə çevrilib. 

A. Məmmədli abidənin ətrafındakı "ermənilərin oğurladığı daş"la bağlı məlumatı təkzib edib. Onun sözlərinə görə, həmin məlumat sonralar öz təsdiqini tapmayıb.

Amma tarixçi də abidənin hazırkı baxımsız durumundan narahat olduğunu və bunun üçün müvafiq yerlərə müraciət etdiyini bildirib: "Bir vətəndaş olaraq abidənin bərbad vəziyyətdə olması məni narahat edir. Həmin tarixi abidələr Azərbaycanın daha erkən dövrlərini – antik və erkən orta əsrlər dövrünü əhatə edir. Alban abidələrini regiondakı digər erməni və gürcü abidələrindən ayırmaq olur. Abidələrin qorunmaması, dağıdılması qəbuledilməzdir".

Tarixçi regiondakı abidələrin durumu ilə bağlı müvafiq məlumatları Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutuna göndərdiyini bildirib. Bundan əlavə, yerli televiziyalarla birlikdə tarixi-sənədli filmlərin hazırlanmasında iştirak edib.

"Təəssüf ki, şimal-qərb bölgəsində haqqında danışdığımız abidədən daha bərbad vəziyyətdə olanları var. Bununla bağlı əlaqədar təşkilatlara dəfələrlə müraciət etmişəm. Bu yaxınlarda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdüm. Abidənin vəziyyəti haqqında məlumat verdim. Əslində ən böyük problem nazirə bu barədə məlumatların verilməməsidir" – deyə tarixçi bildirib.

O, abidələri mühafizə edən şəxslərin öz işlərinə biganə yanaşdığını da dilə gətirib: "Abidələrin mühafizəsi çox zəifdir. Mən onları da qınamıram, çünki aldıqları məvacib çox cüzidir. Amma onlar bu işin altına giriblərsə, öz işlərini vicdanla yerinə yetirməlidirlər. Bu vəzifəni icra edən bəzi işçilər isə abidənin harada yerləşdiyindən belə xəbərsizdirlər."

Tarixi abidələr bizim "milli pasportumuz"dur. Bəzi qonşularımızın ərazi iddiaları ilə üz-üzə olduğumuzu nəzərə alsaq, bilməliyik ki, o iddiaların əsassızlığını sübut edən ən ciddi faktlar məhz bu abidələrdir. Abidələrimizi qorumaq isə vəzifəsindən asılı olmayaraq hər kəsin vətəndaşlıq borcudur.

Əlaqədar

Məbəddə terror aktı nəticəsində ölənlərin sayı artır
Dörd ildə altı dəfə yer dəyişdirən məbəd
Missionerin sümüklərinin tapıldığı yerdə məbəd tikildi
Altında oğurlanmış tarix yatan məbəd
Bu da son: məbədə girdilər
Teqlər:
Akif Məmmədli, Dilbər Ömərova, əsr, tarixçi, məbəd, Zaqatala rayonu, alban, kilsə, erməni

Digər fotolentlər

Əsas mövzular