11:40 28 Fevral 2017
Canlı yayım
FOTO

Bu da Trampın Azərbaycandakı sərvəti

Qısa URL
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)
782441
  • Trump International Hotel & Tower Baku
  • Trump International Hotel & Tower Baku
  • Trump International Hotel & Tower Baku
  • Trump International Hotel & Tower Baku
  • Trump International Hotel & Tower Baku
  • Trump International Hotel & Tower Baku
  • Trump International Hotel & Tower Baku
  • Trump International Hotel & Tower Baku
  • Trump International Hotel & Tower Baku
  • Trump International Hotel & Tower Baku
© Sputnik / Murad Orujov
Trump International Hotel & Tower Baku.

"Trump International Hotel & Tower Baku"nun ABŞ-ın yeni seçilmiş prezidenti ilə nə əlaqəsi var?

Bakının iki baş avtomobil arteriyasının — Heydər Əliyev və Babək prospektlərinin kəsişməsində ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlmiş Donald Trampın adını daşıyan "Trump International Hotel & Tower Baku" adlı kreativ bir bina ucalır. 33 mərtəbəli, 130 metr hündürlüyü olan bu gözəgəlimli bina 2015-ci ildə inşa edilsə də, indiyə qədər istifadəyə verilməyib. Boş bina perimetr üzrə mühafizə olunur.

Sputnik əməkdaşının söhbət üçün yaxınlaşdığı binanın mühafizəçisi dərhal başa düşüb ki, ilk sual elə Donald Tramp haqqında olacaq. "Bu binanın ABŞ-ın yeni seçilmiş prezidentinin adı ilə nə kimi əlaqəsi var?" — sualına, adının çəkilməsini istəməyən gözətçi "əgər bu bina Trump International Hotel & Tower Baku adlanırsa, deməli, bu, təsadüfi deyil" deyə cavab verib.

Gözətçinin sözlərinə görə, binanın tikintisi zahirən başa çatsa da, içi hələ hazır deyil. Ola bilsin, Donald Trampın prezident seçilməsindən sonra, binanın içərisində tamamlama işləri sürətləndirilsin.

Amerikanın "Mother Jones" jurnalının araşdırmalarına görə, seçilmiş prezident, daşınmaz əmlak sənayesi üzrə biznesmen və televiziya realiti-şoularının ulduzu Donald Tramp Bakıdakı "Trump International Hotel and Tower"in tikintisi ilə bağlı azərbaycanlı biznesmen, "Garant Group" holdinqin sahibi, Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədovla saziş imzalayıb. 2014-cü ildə Donald Trampın qızı İvanka Tramp tikinti işlərinin gedişi ilə maraqlanmaq üçün Bakıya gəlib. Bu barədə bir sıra yerli və xarici nəşrlər də yazıb.

Amerika jurnalının yazdığına görə, Donald Tramp "Trump Hotel Collection"dakı öz adından istifadə hüquqlarını və eksklüziv servislərini satıb. 2014-cü ildə Tramp Bakıdakı otelin tikintisi ilə bağlı bəyan edib ki, "Trump International Hotel & Tower Baku" ən qabaqcıl layihələrdən biridir və "Trump Organization" şirkətinin dəyişməz keyfiyyət standartını təmsil edir.

Amma deyəsən, Tramp sonra bu binanı unudub, hansı ki, 2015-ci ilin iyununda onun açılışı planlaşdırılırdı. Lakin indiyə qədər bu, baş tutmayıb. Sadəcə ümid etmək qalır ki, Tramp Bakıdakı layihəsini xatırlayacaq və ola bilsin, onun açılışına özü gələcək.

Qeyd edək ki, yuxarıda adı çəkilən azərbaycanlı biznesmen Anar Məmmədov ABŞ-ın seçilmiş prezidenti Donald Trampı təbrik edib.

 

Congratulations my dear friend to you and to your family on this historic day!

Фото опубликовано Anar Z. Mammadov (@anarmammadov) Ноя 9 2016 в 4:41 PST

 

Mövzu:
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)

Əlaqədar

Amerika-İslam Şurasının rəhbərindən Trampa ismarış
Azərbaycan hökuməti Trampla səmərəli əməkdaşlığa ümid edir
Trampın qələbəsi erməni lobbisinin planlarını alt-üst edib
Donald Trampın prezident seçilməsi dünya liderlərini şoka salıb
Səfir: Trampın komandasında Qafqaz barədə məlumatlı ekspertlər var
Donald Tramp ABŞ prezidenti seçildi
Teqlər:
sərvət, "Trump International Hotel & Tower Baku", Heydər Əliyev prospekti, Babək prospekti, Donald Tramp, Anar Məmmədov, ABŞ