15:25 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
  • Bakı Slavyan Universitetinin fasadında aparılan təmir işləri
  • Binanın həm fasad hissəsində, həm də içərisində kompleks təmir işləri aparılır
  • Əbülfəz Nağıyev: Şair və yazıçıların təsvir olunduğu mozaikanın heç bir tarixi əsası yoxdur. Bununla bağlı əlimizdə rəsmi sənəd var
  • Bakı Slavyan Universiteti
  • Universitet binasında əsaslı təmir işləri aparır
  • Bakı Slavyan Universitetində aparılan təmir işləri
  • Bakı Slavyan Universitetində aparılan təmir işləri
  • Bakı Slavyan Universitetində aparılan təmir işləri
© Sputnik / Fuad Hasanov
Bakı Slavyan Universitetinin fasadında aparılan təmir işləri.

Nurlana Əliyeva: Mən hazırda, məndən əvvəlkinin etmədiklərini etməyə çalışıram. Vaxtilə burada yaradılan özbaşınalıqlarla ciddi mübarizə aparıram.

Bakı Slavyan Universitetinin yeni təyin olunmuş rektoru son günlər ölkə mediasının hədəfindədir.

Universitetin fasadındakı mozaikaları "tarixi əsər" kimi təqdim edən KİV təmir adı altında onun sökülməsinin yolverilməz olduğunu bildirir.

Bu barədə xəbərin mərkəzində BSU-nun yeni təyin olunmuş rektoru Nurlana Əliyeva dayanır.

Sputnik-in əməkdaşı Bakı Slavyan Universitetinin əsas korpusunda baş verənləri aydınlaşdırmaq üçün ora gedib.

Binanın həm fasad hissəsində, həm də içərisində kompleks təmir işləri aparılır. Universitet rəsmisi Əbülfəz Nağıyev sözügedən mozaikanın heç bir tarixi önəminin olmadığını və daşların keyfiyyətini itirdiyini deyib:

"Öncə qeyd edim ki, şair və yazıçıların təsvir olunduğu mozaikanın heç bir tarixi əsası yoxdur. Bununla bağlı əlimizdə rəsmi sənəd var. Həmin sənəd "Mədəniyyət və Turizm Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti"nə aiddir. Orada açıq şəkildə qeyd olunur: "Bakı Slavyan Universitetinin binası daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülməmişdir".
Yəni, biz öz başımıza qərar verib işə başlamadıq. Mozaikanın daşları tökülürdü, ətrafda yaşayan sakinlər, o cümlədən tələbələr bizə şikayət edirdilər".

Daha ətraflı məlumatı isə Sputnik-ə Bakı Slavyan Universitetinin yeni rektoru Nurlana Əliyeva verib. O, mətbuatda ona qarşı yazılan yazıları "ləkələmə kampaniyası" adlandırıb və mozaikalar məsələsinə belə aydınlıq gətirib:

"Milli və tarixi sərvətlərin nə demək olduğunu, haqqımızda yazı yazanlardan qat-qat artıq bilirəm. Məni tanıyanlar, vətənin milli sərvətlərini hamıdan çox sevdiyimi yaxşı bilir. Həmin mozaikada rəsmləri olan şair və yazıçıların yaradıcılığını əzbərdən bilən bir adam kimi demək istəyirəm ki, o mozaika 1972-ci ildə həkk olunub və yaşı heç 50-yə çatmır. Dəfələrlə bizə şikayət edilirdi ki, o daşlar köhnədir, çürüyüb və insanların üzərinə tökülür. Biz buna məcburən çarə tapmalı idik. Əgər sözügedən mozaikanı gücümüz çatan xərcə bərpa etmək mümkün olsaydı, düşünmədən bunu edərdik. Ancaq elə bir imkanımız olmadı. Bununla belə, biz universitetin fasadını elə bir formada təmir edəcəyik ki, Azərbaycanın Şərq ornamentinə uyğun arxitektura orada öz əksini tapmış olacaq".

Xanım rektor, özü haqqında mətbuatda dərc edilən yazıların sifariş olduğunu, bu işin arxasında kimin dayandığını bütün BSU kollektivinin, o cümlədən yuxarı dairələrin bildiyini qeyd edib:

"Mən hazırda, məndən əvvəlkinin etmədiklərini etməyə çalışıram. Vaxtilə burada yaradılan özbaşınalıqlarla ciddi mübarizə aparıram. Son günlər haqqımda yazılanların sifariş olduğunu yaxşı bilirəm. Bunu tək mən yox, bütün BSU kollektivi, o cümlədən yuxarı dairələr də bilirlər".

Qeyd edək ki, universitet rəsmisi Əbülfəz Nağıyev və rektor Nurlana Əliyeva Sputnik-ə "Şərq ornamentinə uyğun arxitektura"nın plan-sxemini təqdim ediblər. Bildiriblər ki, təmir işlərinin yekununda binanın yeni görüntüsü məhz bu formada olacaq. 

Teqlər:
Nurlana Əliyeva, Bakı Slavyan Universiteti, rektor, Mədəniyyət və Turizm Nazirliyi

Digər fotolentlər

Əsas mövzular