11:50 26 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9996
Парламентская ассамблея Совета Европы

AŞPA nümayəndə heyəti Azərbaycandakı seçkiləri izləyəcək

© Foto: PACE's official website
Parlament seçkiləri 2015
Qısa URL
2011

AŞPA partiyalararası nümayəndə heyəti Yordi Xuclanın rəhbərliyi ilə noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək.

BAKI, 26 okt — Sputnik. AŞPA partiyalararası nümayəndə heyəti Yordi Xuclanın rəhbərliyi ilə noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək.

Sputnik AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, 30 nəfərdən ibarət müşahidəçi qrupu qısamüddətli müşahidə missiyası dövründə seçki  və səsəverməni izləməklə yanaşı Milli Məclisdən kənar siyasi partiyalar parlament qruplarının rəhbər və nümayəndələri və hərəkat üzvləri ilə görüşəcək.

Nümayəndə heyəti, həmçinin media nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri, o cümlədən Bakıdakı diplomatlarla seçki kampaniyası ilə bağlı qiymətləndirmələrini dinləmək üçün dəyirmi masa təşkil edəcək.

Seçki günü nümayəndə heyətinin üzvləri ölkənin müxtəlif regionlarında səslərin verilməsi və hesablanması prosesini izləyəcək.

AŞ-nın konstitusional qanunvericilik sahəsində müstəqil ekspertlərdən ibarət qrupu olan Venesiya Komissiyasının üzvü seçkilərin hüquqi bazası barədə müzakirələr aparmaq üçün nümayəndə heyətini müşayiət edəcək.

AŞPA-nın təqvimində seçki müşahidə missiyasının Azərbaycana səfərinin oktyabrın 30-da başlayacağı qeyd olunur.  

Qeyd edək ki, seçki öncəsi missiya sentyabrın 21-22-də Azərbaycana səfər edərək, əsas seçki iştirakçıları ilə görüşüb və səfərin yekunu ilə bağlı bəyanat yayıb.

 

Əsas mövzular