Azərbaycanda investisiya xidmətləri ilə bağlı yeni qaydalar təsdiqlənib

© AP Photo / Anjum NaveedПодпись, фото из архива
Подпись, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.09.2021
Abunə olmaq
"İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi qaydası" və "Marja ticarəti qaydası" qüvvəyə minib.
BAKI, 20 sentyabr — Sputnik. Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir.
Növbəti tədbir kimi Mərkəzi Bankın İdarə Heyətinin 31.08.2021-ci il tarixli qərarı ilə "İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi qaydası" və "Marja ticarəti qaydası" təsdiq edilib və 16.09.2021-ci il tarixindən qüvvəyə minib. Bu barədə Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib.
"İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi qaydası"na edilmiş dəyişikliklərə əsasən müştərilərlə elektron qaydada müqavilənin bağlanması və müştəri hesablarının (depo hesabı və marja hesabı) məsafədən açılması imkanı yaradılıb. Qaydada qiymətli kağızların yerləşdirilməsi üzrə anderraytinq xidmətinin birdən artıq investisiya şirkəti tərəfindən birgə təklif edilməsi imkanı müəyyən edilib. Bu dəyişiklik investisiya şirkətlərinin anderraytinq üzrə imkanlarının birləşdirilməsinə və ümumi emissiyaların məbləğinin artırılmasına imkan verəcək. Həmçinin, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətinin verilməsi və digər investisiya xidmətlərinə dair tələblər beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilib.
"Marja ticarəti qaydası"na edilmiş dəyişikliklərə əsasən fərq müqavilələri ilə marja ticarəti xidməti üzrə peşəkar və institusional investorlara dair kredit hədlərinə yenidən baxılıb, peşəkar investorlar üzrə tələblər təkmilləşdirilib, adi investorlar üzrə isə kredit hədləri beynəlxalq standartlara uyğun olaraq fərq müqavilələrinin volatilliyi nəzərə alınmaqla differensiallaşdırılıb. Qaydada həmçinin foreks əməliyyatları üzrə investisiya şirkətlərinə dair informasiya texnologiyaları üzrə tələblər, investorların hüquqlarının müdafiəsi və risklərə dair məlumatlandırılması ilə bağlı mexanizmlər müəyyən edilib.
Qaydalarla aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:
http://www.e-qanun.az/framework/48233
http://www.e-qanun.az/framework/48234
Xəbər lenti
0