21:09 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
1352 0 0

"Qanlı göl"ün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqlar, o cümlədən insan skeletinin digər hissələri aşkar edilib.

BAKI, 15 sentyabr - Sputnik. Bakının Yasamal rayonunda, "Qanlı göl" adlandırılan ərazidə 3 insanın skeleti aşkar olunub.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, "Qanlı göl"ün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqlar, o cümlədən insan skeletinin digər hissələri aşkar edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.

İş üzrə məhkəmə-tibb ekspertiza təyin edilib. Faktla bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Əsas mövzular