https://sputnik.az/20210914/Azrbaycan-Mdafi-Nazirliyinin-rhbrliyi-Trkiyy-yola-db-427919754.html
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə yola düşüb
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə yola düşüb
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant... 14.09.2021, Sputnik Azərbaycan
2021-09-14T14:20+0400
2021-09-14T14:20+0400
2021-11-17T00:04+0400
xəbərlər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0e/427919111_0:195:1281:918_1920x0_80_0_0_61df2b7bf964e663a78e6ebd24bca879.jpg
BAKI, 14 sentyabr — Sputnik. Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.Səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərinin "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirakı planlaşdırılır.Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri keçirilir.Təlimlərdə iştirak edən Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.Həmçinin oxuyun:* "TurAz Şahini - 2021": çətin pilotaj və döyüş manevrləri - VİDEO* Azərbaycan və Türkiyənin döyüş təyyarələri əməliyyat uçuşları ediblər* TurAz Şahini - 2021 təlimlərində təyyarəçilər tapşırıqları müvəffəqiyyətlə icra edir* Hərbi ekspert: "TurAz Şahini-2021" təlimləri Ermənistana göz dağı olacaq* Hərbi təyyarələrimiz Konya səmasına qalxdılar - VİDEO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0e/427919111_0:154:1281:959_1920x0_80_0_0_d72b4cfb39ffd76010bec20001a6d045.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə yola düşüb
14:20 14.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə gediblər.
BAKI, 14 sentyabr — Sputnik. Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərinin "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirakı planlaşdırılır.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri keçirilir.
Təlimlərdə iştirak edən Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.