21:34 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
23 0 0

"The Washington Post" qəzeti məlumat verir ki, görüş sentyabrın 22-də baş tutmalıdır. Onun virtual formatda keçirilməsi gözlənilir.

BAKI, 14 sentyabr — Sputnik. ABŞ koronovirus pandemiyası ilə mübarizədə Rusiyanı qlobal sammitə dəvət etmək niyyətindədir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Axios" mənbələrə əsaslanaraq qeyd edib.

Qeyd olunur ki, tədbirin əsas məqsədi aparıcı dövlətləri vaksinləri yoxsul ölkələrə satmaq deyil, mümkün qədər çox paylamağa razı salmaqdır. Mənbənin bildirdiyinə görə, sammitə Çin hakimiyyəti də dəvət olunub.

"The Washington Post" qəzeti məlumat verir ki, görüş sentyabrın 22-də baş tutmalıdır. Onun virtual formatda keçirilməsi gözlənilir.

Nəşrin yazdığına görə, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi zamanı tədbir "COVID-19 üzrə qlobal sammit: pandemiyanın bitməsi və ən yaxşısının bərpası" adı altında keçiriləcək.

 

Əsas mövzular