CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Venesiya Film Festivalının qalibləri açıqlanıb

© AP Photo / Domenico StinellisФранцузский кинорежиссер Одри Диван во время вручения "Золотого льва" Венецианского кинофестиваля
Французский кинорежиссер Одри Диван во время вручения Золотого льва Венецианского кинофестиваля - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Abunə olmaq
Venesiya Film Festivalının münsiflər heyətinin Qran Prisi "Allahın Əli" rəsminə görə Paolo Sorrentinoya təqdim edilib. Penelopa Kruz Pedro Almodovarın "Paralel analar" filmindəki roluna görə ən yaxşı aktrisa olaraq Volpi Kubokuna layiq görülüb.
BAKI, 13 sentyabr — Sputnik. Kino Sarayında 78-ci Venesiya Film Festivalının qala mərasimi baş tutub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, film festivalının əsas mükafatına - "Müqəddəs Markın Qızıl Aslanı" fransız qadın Odri Divanın "Hadisə" filmi layiq görülüb. Ən yaxşı rejissor nominasiyasında "Gümüş Aslan" mükafatı "Köpəyin gücü" filminə görə Ceyn Kempiona verilib.
Venesiya Film Festivalının münsiflər heyətinin Qran Prisi "Allahın Əli" filminə görə Paolo Sorrentinoya təqdim edilib. Penelopa Kruz Pedro Almodovarın "Paralel analar" filmindəki roluna görə ən yaxşı aktrisa olaraq Volpi Kubokuna layiq görülüb.
Məmumat üçün bildirək ki, Venesiya Kino Festivalı 1932-ci ildə "Esposizione Internazionale d'Arte Cinematografica" adı ilə yaradılan, dünyanın ən qədim film festivalıdır.
Bu festival hər ilə avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir. Ən böyük mükafatı Qızıl Şir - ən yaxşı filmlərə verilən, Volpi kuboku - ən yaxşı aktyor və aktrisalara verilən mükafatdır.
Həmçinin oxuyun:
Venesiyada keçirilən 78-ci Beynəlxalq Film Festivalının açılış mərasimində
Xəbər lenti
0