01:06 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
3010

Sabah, səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

BAKI, 10 sentyabr — Sputnik. Sentyabr ayının 11-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumatda bildirilib.

Xəbərə görə, ölkədə koronavirus pandemiyasına yoluxanların sayı yenə yüksək həddə olduğundan vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədilə paytaxt Bakı şəhərində kompleks tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində sabah, səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Həmçinin oxuyun:

Vaksin olunmayan tələbələr dərsə buraxılmayacaq? Nazirlik duruma aydınlıq gətirdie: 

Teqlər:
küçə

Əsas mövzular