Azərbaycanda "Mu" ştammına yoluxma qeydə alınıb?

© REUTERS / NIAID-RMLВид на зараженную коронавирусом клетку под микроскопом
Вид на зараженную коронавирусом  клетку под микроскопом  - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Ölkəyə xaricdən daxil olan, ölkə ərazisində "cluster" tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr daimi toplanılır və analiz edilir.
BAKI, 7 sentyabr — Sputnik. Hazırda müvafiq yoxlamalarda hələ ki, koronavirusun yeni ştammı ("Mu") aşkar edilməyib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu APA-nın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev deyib. O bildirib ki, ölkəyə xaricdən daxil olan, ölkə ərazisində "cluster" tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr daimi toplanılır və analiz edilir.
Qeyd edək ki, Türkiyədə koronavirusun "Mu" ştammına iki yoluxma hadisəsi qeydə alınıb.
"TRT Haber"in məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında bildirib: "Virusun yeni variantı olan "Mu" sadəcə iki hadisədə təsbit edilib. Pasiyentlərdə də əsasən "Delta" və "Delta+"un əlamətləri müşahidə olunur".
Fahrettin Koca vaksinasiyanın sayının artması ilə yoluxma hallarının azalacağını da qeyd edib.
Məlumat üçün qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yunan əlifbasındakı hərf sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. May ayından etibarən Dominikan Respublikasının böyük şəhəri olan Santo-Dominqoda, həmçinin ölkənin cənubunda yerləşən Bahoruko, Barahona və Asua şəhərlərində "Mu" ştammına yoluxma halları aşkarlanıb.
Son rəsmi məlumatlara görə, 10,8 milyon əhalisi olan Dominikan Respublikasında 350 mindən çox insan koronavirusa yoluxub, 4008 nəfər ölüb. İndiyə qədər 4.6 milyondan çox vətəndaş iki doz vaksin alıb.
Həmçinin oxuyun: 
* SOS: Koronavirusun "Mu" ştammı sərhədlərimizə çatdı
 
Xəbər lenti
0