00:58 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Bütövlükdə 100-dək film göstəriləcəyi festivalın proqramına tammetrajlı oyun filmləri, tammetrajlı sənədli filmlər, qısametrajlı oyun filmləri, qısametrajlı sənədli filmlər, eləcə də Tatarıstan rejissorlarının filmlərinin nümayiş olunduğu "Milli Müsabiqə" daxildir.

BAKI, 6 sentyabr — Sputnik. Kazan şəhərində XVII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalı açılıb. "Tatar İnform"-un xəbərinə görə, tədbirin açılışında iştirak edən kino sənəti nümayəndələri arasında rejissorlardan Eldar Yağafarov (Tatarıstan), Rahul Aicaz (Pakistan), Daniel Quliyev (Azərbaycan), aktyorlardan Əli Burak Ceylan, Aleksandr Nosik, Tatyana Abramova və  Yevgeniya Rozanova iştirak ediblər.

Bütövlükdə 100-dək film göstəriləcəyi festivalın proqramına tammetrajlı oyun filmləri, tammetrajlı sənədli filmlər, qısametrajlı oyun filmləri, qısametrajlı sənədli filmlər, eləcə də Tatarıstan rejissorlarının filmlərinin nümayiş olunduğu "Milli Müsabiqə" daxildir.

Festival sentyabrın 10-dək davam edəcək.

Qeyd edək ki, rejissor Rüfət Həsənovun "Daxildəki ada" filmi festivalın müsabiqədənkənar "Türk dünyası" proqramına daxil edilib. Filmdə rol alan Xalq artisti Vidadi Həsənov festivalın "Fəxri Qonağı" kimi dəvət olunub. Festivalın münsiflər heyətinin sədri Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist və prodüser Elçin Musaoğlu təyin edilib.

Həmçinin oxuyun:

Jan Pol Belmondo vəfat edib

Teqlər:
Kazan

Əsas mövzular