21:26 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
392410

Mağaza işçiləri "İstisu"yun Kəlbəcərdən gətirildiyini bildiriblər, lakin suyun kimlər tərəfindən gətirilərək satışa çıxarıldığını açıqlanmayıb.

BAKI, 6 sentyabr — Sputnik. Kəlbəcər işğal olunandan hamımızın həsrət qaldığı "İstisu" artıq Bakıda bəzi marketlərdə satışa çıxarılıb. Sputnik Azərbaycan-ın əməkdaşının məlumatına görə, 500 ml-lik Kəlbəcər "İstisu"yu Zabrat-1 qəsəbəsində yerləşən "Ayxan" marketdə 1 manat 70 qəpiyə təklif olunur.

Satıcı Sputnik Azərbaycan-ın əməkdaşına bildirib ki, "İstisu" Kəlbəcərdən gətirilib. Amma mağaza rəhbərliyi suyun kimlər tərəfindən gətirilərək satışa çıxarıldığını açıqlamayıb: "Əsl Kəlbəcərin "İstusu"yunun suyudur. Sadəcə olaraq isti yox, soyuq variantıdır", - deyə mağazadan bildiriblər.

© Sputnik / Stringer
Bakıda marketdə satılan "İstisu"

İstehlakçılar isə satışda olan suyun üzərində "İstisu" olduğu barədə hər hansı rəsmi qurumun təsdiqləyici məlumatı olmadığından suyun həqiqətədən də Kəlbəcərin "İstisu" sanatoriyasından gətirilib-gətirilmədiyindən narahatdırlar. Məlumat üçün onu da əlavə edək ki, "İstisu" adı altında kütləvi satışa çıxarılan suyun mağaza tərəfindən istehlakçılara məhz "İstisu" olduğunun laborator təsdiqini əks etdirən heç bir sənəd təqdim edilmir. Bu barədə su butulkasının üzərində heç bir qurumun təsdiqləyici məlumatı yoxdur. Bu isə istehlakçıları haqlı olaraq şübhəyə salır.

Qeyd edək ki, "Ayxan" market Zabrat-1 qəsəbəsi Babək küçəsi 92 ünvanında yerləşir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a məsələnin araşdırılacağını, suyun tərkibi yoxlanıldıqdan sonra onun Kəlbəcərin "İstisu"yu olub-olmadığının müəyyən edilməsinin mümkün olduğunu bildiriblər: "Qeyd olunan məsələ artıq nəzarətə götürülüb. Artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb. Bununla bağlı məlumat veriləcək".

Teqlər:
Kəlbəcər

Əsas mövzular