21:29 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
679 0 0

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus nəhəng “Qarabağ” sərnişin təyyarəsi müvəffəqiyyətlə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

BAKI, 5 sentyabr — Sputnik. Bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Füzuli Beynəlxalq Hava Limanına sınaq uçuşu həyata keçirən sərnişin təyyarəsi Bakıya dönüb.

Sputnik Azərbaycan xəbər verir ki, “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus nəhəng “Qarabağ” sərnişin təyyarəsi müvəffəqiyyətlə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Xatırladaq ki, bu gün Bakıdan Füzuli Beynəlxalq Hava Limanına sərnişin təyyarəsi ilə sınaq uçuşu həyata keçirilib. Uçuş təxminən 35 dəqiqə çəkib.

Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli Beynəlxalq Hava Limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsi ilə yüklər çatdırılıb.

AZAL prezidenti Cahangir Əsgərov deyib ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tikinti işlərinə birbaşa nəzarəti sayəsində mümkün olub: "Dövlət başçısının qeyd etdiyi kimi, bu hava limanı Qarabağın hava qapısı olacaq. Qeyd etmək istəyərdim ki, qısa müddətə baxmayaraq, Füzuli Hava Limanı beynəlxalq hava limanlarına münasibətdə irəli sürülən bütün yüksək tələblərə və uyğun şəkildə inşa edilmişdir".

Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunur. Baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq.

Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir.

Aeroportda perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşlar həyata keçirmək mümkündür.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminalın qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq inşa olunub.

Həmçinin oxuyun:

* Tarixi uçuş: "Qarabağ" təyyarəsi Füzuli beynəlxalq hava limanında ilk eniş edib

* Fizulili deputat Fizuliyə eniş edən təyyarə barədə

Qarabağın hava qapısı: Bu gün Füzuli hava limanına ilk sınaq uçuşu olacaq

Əsas mövzular