22:22 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Üç məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi və 1 məktəbin əsaslı təmiri işləri davam etdirilir.

BAKI, 5 sentyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni dərs ili ərəfəsi hansı məktəblərdə tikinti işlərinin davam etdirildiyini açıqlayıb.

İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində paytaxtda bir sıra yeni məktəb binaları, tədris korpusları inşa olunub, əsaslı və cari təmir işləri aparılıb.

Belə ki, 1 məktəbin (205 nömrəli tam orta məktəb) sökülərək yenidən tikintisi tamamlanıb.2 məktəbdə (71 və 307 nömrəli tam orta məktəblər) əsaslı təmir və əlavə korpusun tikintisi, 1 məktəbdə (320 nömrəli tam orta məktəb) bərpa-gücləndirilmə və əsaslı təmir işləri davam etdirilir.

Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal yaşayış massivi, Binəqədi rayonu Xocasən qəsəbəsi) tikintisi tamamlanıb. Eyni zamanda ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi "Bolluq" yaşayış massivi, Binə qəsəbəsi "Atıcılıq" yaşayış massivi, Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi) tikintisi davam etdirilir.

Həmçinin 3 məktəbin (35, 87 və 263 nömrəli tam orta məktəblər) köhnə korpuslarının sökülərək yenidən tikintisi və 1 məktəbin (126 nömrəli tam orta məktəb) əsaslı təmiri işləri davam etdirilir.

Eləcə də ehtiyac olan 54 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılır.

 

Əsas mövzular