21:23 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Özünütəcrid qaydalarını pozan koronavirus daşıyıcıları barəsində polis orqanları tərəfindən bundan sonra da ciddi tədbirlər görüləcək.

BAKI, 4 sentyabr — Sputnik. Sumqayıt şəhərində koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib. Müəyyən olunub ki, saxlanılan şəxslər Sumqayıt şəhər 45-ci məhəllə sakini, 1996-cı il təvəllüdlü Cəfərov Səmral Rövşən oğlu və 6-cı mikrorayon sakini 1971-ci il təvəllüdlü Nəsibova Südabə Zəfər qızıdır.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Özünütəcrid qaydalarını pozan koronavirus daşıyıcıları barəsində polis orqanları tərəfindən bundan sonra da ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində yayılıb. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayılan virusu pandemiya elan edərək dünyanı bu virusla mübarizəyə səsləyib.

Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlanılıb. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqlənib. İrandan gələn Rusiya vətəndaşında COVID-19 virusunun müəyyən edilməsindən sonra Azərbaycan İranla sərhədləri iki həftə müddətinə bağlayıb.

Teqlər:
xəstə

Əsas mövzular