00:40 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
202 0 0

Molla Abdul Qani Bəradərlə yanaşı, yeni administrasiyada Molla Yaqub və Məhəmməd Abbas Stanekzay da təmsil olunacaqlar.

BAKI, 3 sentyabr - Sputnik. Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban* qruplaşması ölkədə formalaşacaq yeni hökumətə kimin rəhbərlik edəcəyini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, qruplaşma nümayəndələrinin açıqlamasına görə, yeni hökumətə Molla Bəradər başçılıq edəcək. 

Molla Abdul Qani Bəradərlə yanaşı, yeni administrasiyada Molla Yaqub və Məhəmməd Abbas Stanekzay da təmsil olunacaqlar.

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban* hərəkatının rəsmi nümayəndəsi Muhamməd Naim bildirib ki, onlar "İslam Dövləti"* (İD) təşkilatı ilə bağlı vəziyyətə nəzarət edirlər. 

"Vəziyyət tədricən yaxşılaşır və siz özünüz də bunu görürsünüz. Biz vəziyyətə nəzarət edirik (İD* ilə bağlı – red. qeydi)", - deyə Naim RİA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, taliblər ABŞ və Böyük Britaniyanın Talibanın* guya İD-nin kəsb etdiyi təhlükəyə qarşı durmaq iqtidarında olmadığı barədə bəyanatlarını oxumurlar.

Həmçinin oxuyun:

* Pəncşir təslim olmur: 350 Taliban* silahlısı zərərsizləşdirildi

* Sergey Lavrov Talibana* müraciət etdi

* Taliban: Əfqanıstanda İslam Dövləti* ilə bağlı vəziyyətə nəzarət edirik

Teqlər:
"Taliban", "Taliban" qruplaşması, Əfqanıstan, Rusiya XİN rəhbəri Sergey Lavrov

Əsas mövzular