https://sputnik.az/20210901/Azerbaycan-herbi-teyyareleri-telimler-ucun-Turkiyeye-yola-dusub-427827760.html
Azərbaycan hərbi təyyarələri təlimlər üçün Türkiyəyə yola düşüb
Azərbaycan hərbi təyyarələri təlimlər üçün Türkiyəyə yola düşüb
Sputnik Azərbaycan
Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb. 01.09.2021, Sputnik Azərbaycan
2021-09-01T17:15+0400
2021-09-01T17:15+0400
2021-09-01T18:09+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427261707_36:0:1209:660_1920x0_80_0_0_185c10a968281be652d7953881d9be70.jpg
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri keçiriləcək.Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.Qeyd edək ki, ötən gün Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib.Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun aviabazasında xidmət edən bir hərbi qulluqçu şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən qaçırılır. Terrorçular qaçırdıqları pilotla birlikdə tərk edilmiş binada gizlənirlər.Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin əsir və girovların azad edilməsi üçün binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.Həmçinin oxuyun:* Xəzəryanı ölkələrin dənizdə birgə hərbi təlimləri keçiriləcək* “Dəniz kuboku” müsabiqəsində növbəti mərhələsi yekunlaşıb - VİDEO* Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində təlim keçirilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427261707_182:0:1062:660_1920x0_80_0_0_fd093711522a41b3acac20e51b75bfc8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
Azərbaycan hərbi təyyarələri təlimlər üçün Türkiyəyə yola düşüb
17:15 01.09.2021 (Yenilənib: 18:09 01.09.2021) Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri keçiriləcək.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.
Qeyd edək ki, ötən gün Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib.
Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun aviabazasında xidmət edən bir hərbi qulluqçu şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən qaçırılır. Terrorçular qaçırdıqları pilotla birlikdə tərk edilmiş binada gizlənirlər.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin əsir və girovların azad edilməsi üçün binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.