Ermənistan indiyədək müharibədə itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir

© AFP 2023 / ARIS MESSINISАрмянский военнослужащий, фото из архива
Армянский военнослужащий, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.08.2021
Abunə olmaq
Azərbaycan Ombudsmanı olaraq əsir və girov düşmüş şəxslərin müdafiəsini, onların pozulmuş hüquqlarının bərpasını daim diqqətdə saxlayıram.
BAKI, 30 avqust — Sputnik. "Azərbaycanda erməni hərbi əsirlərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması kimi addımlar humanizm prinsipinə əsaslanıb".
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Ombudsman bildirib ki, Ermənistan indiyədək ikinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir.
"Azərbaycan Ombudsmanı olaraq əsir və girov düşmüş şəxslərin müdafiəsini, onların pozulmuş hüquqlarının bərpasını daim diqqətdə saxlayıram. Təkzibedilməz faktlar tədbirlərin görülməsini tələb edir", - S.Əliyeva əlavə edib.
Ombudsman vurğulayıb ki, Azərbaycan bu gün də hərbi təxribatlardan əziyyət çəkir. Onun sözlərinə görə, Ermənistanın qeyri-qanuni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən hələ də çıxmaması, onların diversant qrupları tərəfindən baş vermiş təxribatlar regionda sülhün bərpa edilməsinə qarşı çox böyük təhlükədir.
Xəbər lenti
0