22:26 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
65 0 0

Son günlərdə bəzi saytlarda və sosial şəbəkələrdə qurumun rəhbərliyi ilə bağlı dərc olunan məlumatlar həqiqəti əks etdirmir.

BAKI, 30 avqust — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ilə bağlı iddialara cavab verib. TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, son günlərdə bəzi saytlarda və sosial şəbəkələrdə qurumun rəhbərliyi ilə bağlı dərc olunan məlumatlar həqiqəti əks etdirmir:

"Heç bir ciddi fakta, sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayırıq. Həmin məlumatı təkzib edirik. Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik".

Qeyd edək ki, TƏBİB sədrinin özünə dəbdəbəli villa tikdirməsilə bağlı iddialar və fotoşəkillər yayılıb. Ərazidə aparılan çəkiliş zamanı R.Bayramlının qardaşı olduğunu deyən Razim Bayramlı villanın özünə məxsus olduğunu və arı təsərrüfatı hesabına başa gəldiyini bildirib.

Həmçinin oxuyun: 

* Ramin Bayramlı iki məşhur xəstəxananın rəhbərini dəyişdi

Əsas mövzular