https://sputnik.az/20210819/Jiqulinin-yararllq-mddtinin-lav-90-gn-artrlaraq-sata-xarld-blli-olub-427728215.html
"Jiquli"nin yararlılıq müddətinin əlavə 90 gün artırılaraq satışa çıxarıldığı bəlli olub
"Jiquli"nin yararlılıq müddətinin əlavə 90 gün artırılaraq satışa çıxarıldığı bəlli olub
Sputnik Azərbaycan
Yevlax rayonunda qanunsuz fəaliyyət göstərən pivə istehsalı sexi aşkarlanıbYevlax rayonunda qanunsuz fəaliyyət göstərən pivə istehsalı sexi aşkarlanıb. Yoxlama... 19.08.2021, Sputnik Azərbaycan
2021-08-19T10:54+0400
2021-08-19T10:54+0400
2021-11-17T00:01+0400
xəbərlər
cəmiyyət
iqtisadiyyat
hadisə
pivə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41255/55/412555591_0:0:1972:1115_1920x0_80_0_0_6cf70eabff8ab7a67fa2dd9fe53739c0.jpg
BAKI, 18 avqust — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən Yevlax rayonu, Bərdə-Yevlax şosesinin 7-ci kilometrliyində fəaliyyət göstərən, hüquqi şəxs "EMİL-N" istehsalat-kommersiya şirkətinə məxsus pivə istehsalı müəssisəsinə baxış keçirilib.Yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının tələblərinin pozulduğu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət edilmədiyi məlum olub. Belə ki, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, məhsulların saxlanma rejiminə riayət edilmədiyi, istifadə edilən xammalların müvafiq sənədlərinin olmadığı, habelə istehsal olunan "Aran" əmtəə nişanlı pasterilizasiya edilmiş "Jiquli" pivəsinin yararlılıq müddətinin əlavə 90 gün artırılaraq satışa çıxarıldığı aşkar olunub. Aşkar edilən faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, "Aran" əmtəə nişanlı pasterilizasiya edilmiş "Jiquli" pivəsi etiketlərinin istifadəsi qadağan olunub, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.Qeyd edək ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.Həmçinin oxuyun:Bu virus iqtisadiyyata güclü ziyan vura bilər - AQTA-dan fermerlərə xəbərdarlıq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41255/55/412555591_0:0:1972:1239_1920x0_80_0_0_276c06b1472727d0d76c63dd65e572b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, pivə, azərbaycan
xəbərlər, pivə, azərbaycan
"Jiquli"nin yararlılıq müddətinin əlavə 90 gün artırılaraq satışa çıxarıldığı bəlli olub
10:54 19.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Yevlax rayonunda qanunsuz fəaliyyət göstərən pivə istehsalı sexi aşkarlanıbYevlax rayonunda qanunsuz fəaliyyət göstərən pivə istehsalı sexi aşkarlanıb. Yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
BAKI, 18 avqust — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan
Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən Yevlax rayonu, Bərdə-Yevlax şosesinin 7-ci kilometrliyində fəaliyyət göstərən, hüquqi şəxs "EMİL-N" istehsalat-kommersiya şirkətinə məxsus pivə istehsalı müəssisəsinə baxış keçirilib.
Yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının tələblərinin pozulduğu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət edilmədiyi məlum olub. Belə ki, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, məhsulların saxlanma rejiminə riayət edilmədiyi, istifadə edilən xammalların müvafiq sənədlərinin olmadığı, habelə istehsal olunan "Aran" əmtəə nişanlı pasterilizasiya edilmiş "Jiquli" pivəsinin yararlılıq müddətinin əlavə 90 gün artırılaraq satışa çıxarıldığı aşkar olunub. Aşkar edilən faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, "Aran" əmtəə nişanlı pasterilizasiya edilmiş "Jiquli" pivəsi etiketlərinin istifadəsi qadağan olunub, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.