Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yolladı

© © Murat Cetinmuhurdar / Presidential Press Office / Handout via REUTERSПрезидент Азербайджана Ильхам Алиев и Президент Турции Реджеп Тайип Эрдоган на военном параде в Баку, фото из архив
Президент Азербайджана Ильхам Алиев и Президент Турции Реджеп Тайип Эрдоган на военном параде в Баку, фото из архив - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
İlham Əliyev Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib.
BAKI, 13 avqust - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Sputnik Azərbaycan-ın məlumatına görə, dövlətimizin başçısı Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib.
Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.
Qeyd edək ki, Türkiyənin şimal rayonlarında sel fəlakətindən ölənlərin sayı 27-yə yüksəlib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, ölüm hallarının 25-i Kastamonuda, 2-i isə Sinopda qeydə alınıb.
Bartında itkin düşən 1 nəfərin axtarışları davam etdirilir.
Həmçinin oxuyun: 
* Türkiyədə seldən ölənlərin sayı 30-a yaxınlaşır
 
Xəbər lenti
0