Memar olmaq istəyənlərin nəzərinə: Qeydiyyat başlayıb

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidСтуденты в аудитории, фото из архива
Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
Ali təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (o cümlədən memarlıq) üzrə məlumatlar 2021-ci ildə nəşr edilmiş "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları" jurnalının 1‑ci sayında verilib.
BAKI, 13 avqust — Sputnik. Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün avqustun 20-dək DİM-in saytında qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün 2021-ci il avqustun 20-dək DİM-in saytında qeydiyyatdan keçməlidirlər.
Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.
Qeyd edək ki, memarlıq ixtisasına qəbul olmaq üçün müsabiqədə I ixtisas qrupu üzrə imtahan vermiş, ümumi balı 200 və daha yuxarı olan və Qabiliyyət İmtahanı Komissiyasından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər.
Qabiliyyət imtahanlarının 24-25 avqust tarixlərində keçirilməsi nəzərdə tutulur.
QİK-in tərkibinə memarlıq ixtisası üzrə ekspertlər daxildirlər.
Qeydiyyatdan keçən abituriyentlərə "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək.
Ali təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (o cümlədən memarlıq) üzrə məlumatlar 2021-ci ildə nəşr edilmiş "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları" jurnalının 1 ci sayında verilib.
Xəbər lenti
0