FHN ötən sutka baş verən yanğınların və xilas edilənlərin statistikasını açıqlayıb

© Sputnik / Rashad KeremogluGəgəli kəndi yaxınlığında yanğın
Gəgəli kəndi yaxınlığında yanğın - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
Yasamal rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı Naab Nina Aleksandrovnanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
BAKI, 13 avqust — Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Sputnik Azərbaycan FHN-in saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 111 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 10 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib. Həmçinin, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı Naab Nina Aleksandrovnanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Xəbər lenti
0