Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən məşhur jurnalistlər yaxalanıb

© Sputnik / Anar MustafayevМужчина прячет деньги во внутренний карман, фото из архива
Мужчина прячет деньги во внутренний карман, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
Sənan Abdullayev və İlqar Atayev 10 avqust 2021-ci il tarixdə cinayət əməlini törədərkən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıblar və Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulublar.
BAKI, 11 avqust — Sputnik. Müxtəlif qanunsuz üsullarla, o cümlədən sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə etməklə vətəndaşların hüquqlarını pozan, onların haqlı narazılıqlarına səbəb olan və bu yolla qanunsuz gəlir əldə edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, belə tədbirlərdən biri kimi - Abdullayev Sənan Həsən oğlu və Atayev İlqar Əliabbas oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 10 avqust 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Aparılan əməliyyat-istintaq tədbirləri ilə Sənan Abdullayevin 24 dekabr 2012-ci il tarixdə "Youtube" üzərindən video paylaşım platformasında yaratdığı "Xəbər kanalı" səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yaymasına, həmin video çarxların qeyd edilən səhifədən silinməsi məqsədilə RİH-nin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
Sənan Abdullayev və İlqar Atayev 10 avqust 2021-ci il tarixdə cinayət əməlini törədərkən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıblar və Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) şübhəli şəxs qismində tutulublar.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, bir müddət öncə də bənzər hadisə baş vermişdi. Özünü "Şəhidlik uğrunda" qəzetinin təsisçisi kimi təqdim edən Vüqar Abbasovun və "Korrupsiyaya Son" qəzetinin redaktoru kimi təqdim edən İbrahim İsmayılovun Tovuz rayonunda müxtəlif vəzifəli şəxslərə müraciət edərək onlardan müxtəlif bəhanələrlə pul istəmələri, tələblərini rədd edən şəxslərə hədə-qorxu gələrək onları təhqir etmələri barədə məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, yoxlama nəticəsində toplanmış sübutlar əsasında Vüqar Abbasova prokuror təsiri tədbiri aktı olan xəbərdarlıq elan edilib, İbrahim İsmayılovun barəsində isə inzibati xəta haqqında icraat başlanılaraq aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib, məhkəmə qərarı ilə barəsində inzibati həbs tənbehi tətbiq edilib.
Baş Prokurorluq bu kimi qanun pozuntularına yol verən şəxslərə barələrində sərt tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edir, eyni zamanda vətəndaşları bu cür şəxslərə qarşı ayıq sayıq olmağa çağırır.
Həmçinin oxuyun:
Şəhid ailələrindən pul alaraq çəkiliş edən jurnalistlər həbs olunub
Rəsmi dövlət agentliyinin parolunu qıran jurnalistlər həbs olunub
Xəbər lenti
0