https://sputnik.az/20210804/Azrsu-HAS-n-risi-crimlndi-O-ekologiyan-korlamaqda-tqsirlndirilib-427620528.html
"Azərsu" HAS-ın rəisi cərimələndi: O, ekologiyanı korlamaqda təqsirləndirilib
"Azərsu" HAS-ın rəisi cərimələndi: O, ekologiyanı korlamaqda təqsirləndirilib
Sputnik Azərbaycan
Aparılan ölçmələr zamanı müəyyən olub ki, yanma prosesi zamanı ətraf mühitə 2.192 manat məbləğində ziyan dəyib. 04.08.2021, Sputnik Azərbaycan
2021-08-04T15:51+0400
2021-08-04T15:51+0400
2021-08-04T15:44+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/42289/59/422895957_0:0:2049:1153_1920x0_80_0_0_1035580bd86d3428e034254f7ea36476.jpg
BAKI, 4 avqust — Sputnik. İyulun 31-i saat 23:00 radələrində "Azərsu" ASC-yə məxsus Hövsan Aerasiya Stansiyasının (HAS) ərazisində yanğın baş verib. Bununla əlaqədar yerində araşdırma aparılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə məlumat yayıb.Qeyd olunub ki, araşdırma zamanı sözügedən ərazidə (200 kv.metr sahədə) 3 500 ədədə yaxın istifadəyə yararsız olduğu bildirilən su sayğacının utilizasiya məqsədilə saxlandığı və yanğın nəticəsində onların bir hissəsinin tamamilə yanaraq məhv olduğu, digər hissəsinin isə torpağa basdırıldığı müəyyən olunub.Həmçinin araşdırma zamanı məlum olub ki, yanğın baş verən ərazidə yaşayan əhalinin səhhətində problemlər yaranıb və bu da haqlı narazılığa səbəb olub. Aparılan ölçmələr zamanı müəyyən olub ki, yanma prosesi zamanı ətraf mühitə 2.192 manat məbləğində ziyan dəyib.Faktla əlaqədar inzibati qaydada akt tərtib olunub və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə Hövsan Aerasiya Stansiyanın rəisi Əbil Əbilov vəzifəli şəxs qismində 3 000 manat cərimə olunub. Digər xüsusatlarla bağlı araşdırma davam etdirilir.Qeyd edək ki, üç gün öncə sosial şəbəkələrdə Suraxanı rayonunda, Zığ sossesi yaxınlığında məişət tullantılarının yanması ilə bağlı məlumat yayılıb. Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən verilən məlumata görə, yanğın Suraxanı rayonunda, "Azərsu" ASC-nə məxsus Aerasiya stansiyasının boş ərazisində baş verib və bu zaman məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanıb. Yanğın qısa müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən söndürülüb, məsələ FHN-in mütəxəssisləri tərəfindən araşdırılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42289/59/422895957_0:0:1813:1360_1920x0_80_0_0_961c0e22df8dd11cbf25404f84d136cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
"Azərsu" HAS-ın rəisi cərimələndi: O, ekologiyanı korlamaqda təqsirləndirilib
Aparılan ölçmələr zamanı müəyyən olub ki, yanma prosesi zamanı ətraf mühitə 2.192 manat məbləğində ziyan dəyib.
BAKI, 4 avqust — Sputnik. İyulun 31-i saat 23:00 radələrində "Azərsu" ASC-yə məxsus Hövsan Aerasiya Stansiyasının (HAS) ərazisində yanğın baş verib. Bununla əlaqədar yerində araşdırma aparılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, araşdırma zamanı sözügedən ərazidə (200 kv.metr sahədə) 3 500 ədədə yaxın istifadəyə yararsız olduğu bildirilən su sayğacının utilizasiya məqsədilə saxlandığı və yanğın nəticəsində onların bir hissəsinin tamamilə yanaraq məhv olduğu, digər hissəsinin isə torpağa basdırıldığı müəyyən olunub.
Həmçinin araşdırma zamanı məlum olub ki, yanğın baş verən ərazidə yaşayan əhalinin səhhətində problemlər yaranıb və bu da haqlı narazılığa səbəb olub. Aparılan ölçmələr zamanı müəyyən olub ki, yanma prosesi zamanı ətraf mühitə 2.192 manat məbləğində ziyan dəyib.
Faktla əlaqədar inzibati qaydada akt tərtib olunub və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə Hövsan Aerasiya Stansiyanın rəisi Əbil Əbilov vəzifəli şəxs qismində 3 000 manat cərimə olunub. Digər xüsusatlarla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, üç gün öncə sosial şəbəkələrdə Suraxanı rayonunda, Zığ sossesi yaxınlığında məişət tullantılarının yanması ilə bağlı məlumat yayılıb. Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən verilən məlumata görə, yanğın Suraxanı rayonunda, "Azərsu" ASC-nə məxsus Aerasiya stansiyasının boş ərazisində baş verib və bu zaman məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanıb. Yanğın qısa müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən söndürülüb, məsələ FHN-in mütəxəssisləri tərəfindən araşdırılacaq.