Azərbaycanda narkotiklərin tüğyanı davam edir: Polis ölkənin hər yerində əməliyyat keçirib

© AP Photo / Aaron FavilaМетамфетамин
Метамфетамин - Sputnik Azərbaycan, 1920, 02.08.2021
Abunə olmaq
Aşkarlanan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
BAKI, 2 avqust — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
DİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Yardımlı rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində rayonun Avaş kənd sakini Rahil İmanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.
Araşdırma zamanı onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda heroni Şirvan şəhərində anbar kimi istifadə etdiyi evdə gizlətdiyi müəyyən edilib. Polislər tərəfindən həmin mənzilə baxış zamanı ümumi çəkisi 20 kiloqram 675 qram olan heroin, elektron tərəzi, narkotik vasitələrin satışından əldə olunan pul vəsaitləri və 1 ədəd mobil telefon aşkar edilib. Rahil İmanov ifadəsində qeyd edib ki, aşkarlanan külli miqdarda heroinin Şirvan şəhəri və ətraf rayonlarda satışını həyata keçirməli imiş. O, narkotik vasitələrin satışından əldə olunan pul vəsaitini isə heroini aldığı xarici ölkə vətəndaşına onlayn yolla göndərməli imiş.
Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə paytaxt sakini Təhmin Rzaxanov saxlanılıb. Onun üzərindən 94 qram heroin, yaşadığı evdən isə 1 kiloqram tiryək, 4 kiloqram 930 qram heroin, 3 kiloqram marixuana və 50 ədəd yaş çəkisi 7 kiloqram 105 qram olan çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Baş İdarə əməkdaşlarının Masallı rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı isə rayon sakini Sahil Məmmədli və paytaxt sakini Tural Rəhimov saxlanılıblar. Bu şəxslərin üzərindən ümumilikdə 9 qrama yaxın heroin, Masallı rayonunda gecələmək üçün müvəqqəti qaldıqları ünvana baxış zamanı isə əlavə 6 kiloqram 490 qram heroin və 2 kiloqram 550 qram tiryək aşkar edilib. Onlar ifadələrində külli miqdarda narkotik vasitəni sosial şəbəkələrdə tanış olduqları xarici ölkə vətəndaşından əldə etdiklərini bildiriblər. Həmin şəxs isə heroin və tiryəki qaçaqmalçılıq yolu ilə naməlum şəxslərin köməkliyi ilə ölkə ərazisinə keçirərək əvvəlcədən müəyyən edilən yerdə Sahil Məmmədli və Tural Rəhimova təhvil veriblər.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lerik rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş rayon sakini psixotrop maddələrin satışında şübhəli bilinən Qədir İmanov saxlanılıb. Onun üzərinə baxış zamanı 5 qrama yaxın psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. Qədir İmanov ifadəsində matemfetamini tanışı Lənkəran şəhər sakini Eduard adlı şəxsdən aldığını bildirib. Baş İdarə əməkdaşları tərəfindən Lənkəran şəhər sakini əvvəllər məhkum olunmuş Eduard Rəfiyev də saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamnaı 1 kiloqram 315 qram heroin, 257 qram metamfetamin, 20 ədəd psixotrop tərkibli metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Eduardr Rəfiyev tanışı Qədir İmanova narkotik vasitələri satdığını, Lənkəran şəhəri və ətraf rayonlarda bu işlə məşğul olduğunu etiraf edib.
Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 40 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Günün narkotik xronikası
Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Günün birinci yarısının xronikasına nəzər yetirək:
Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
Abşeron Rayon Polis İdarəsi və Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər tutulub.
Belə ki, əməliyyat zamanı Abşeron rayon sakinləri Rahinc Əhmədov, Vüsal Əliyev, Orxan Abdullayev, Pərviz İslamov və Ələkbər Carıyev tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Abşeron rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Nərimanov rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb. Əməliyyat zamanı Bakı şəhər sakinləri Cavid Abbasov, Telman Rəsullu və Taleh Hüseynov tutulublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı hazır bükümlər şəkildə satış üçün qablaşdırılan heroin və metamfetamin, elektron tərəzilər və satışı qadağan edilən psixotrop tərkibli "Metadon" həəbləri aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Cavid Abbasov, Telman Rəsullu və Taleh Hüseynov tutularaq istintaqa cəlb olunublar.
Yardımlı sakinindən 5 kiloqramdan artıq patı və tiryək aşkarlandı
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri ilə 5 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Zevin kənd sakini Ramil Beybudov saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə tiryək, 2 kiloqram 83 qram "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin və 48 ədəd narkotik tərkibli metadon həbləri aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, R.Beybudov narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nə rayonun Ağaməmmədli kəndi ərazisində yerləşən çöllük sahədə külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə məlumatı daxil olub. Məlumatla əlaqədar dərhal həmin ərazi əməliyyat nəzarətinə götürülüb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Muradxanlı kənd sakini Rahib Hüseynov "iş başında" saxlanılıb.
Saxlanılan zaman R.Hüseynov odlu silahdan havaya atəş açaraq hadisə yerindən qaçmağa cəhd edib. Lakin onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən operativ şəkildə alınıb.
Həmin əraziyə keçirdikləri baxış zamanı isə oradan təmiz çəkisi 10 kiloqram 200 qram olan qurudulmuş marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 127 ədəd çətənə bitkisi, eləcə də bir ədəd müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi aşkar edilib.
Faktla bağlı R.Hüseynov barəsində İmişli RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbər lenti
0