Ermənistan Müdafiə Nazirliyi etiraf etməyə başladı: 3 ölü, yaralıların sayı artdı

© AP Photo / Sergei GritsВоенные каски армянских солдат, фото из архива
Военные каски армянских солдат, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Abunə olmaq
İyulun 28-i gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir.

BAKI, 28 iyul — Sputnik. İyulun 28-i gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin üç əsgəri ölüb. Yaralıların sayı isə artıq beş nəfərdir. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. 

"Beş həqiqi hərbi xidmət qulluqçusu güllə və qəlpə yarası alıb", - məlumatda deyilir.

---------

10:42

İyulun 28-i gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin üç əsgəri ölüb, üç nəfər isə yaralanıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Ölənlər baş leytenant Ayk Gevorkyan, sıravilər Koryun Arutyunyan və David Koçaryandır.

Qeyd edək ki, iyulun 28-i gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir.

Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılıb.

Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

İyulun 28-nə dövlət sərhədindəki vəziyyətlə bağlı ilk məlumat

05:05

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Həmçinin oxuyun:

Ermənistanı sivil qaydada dövlət sərhədinin delimitasiyası danışıqlarına çağırırıq - MN

Azərbaycan XİN Ermənistanla sərhəddəki durumla bağlı bəyanat yayıb

Xəbər lenti
0