Naxçıvanda müasir hərbi infrastruktur yaradılıb

© AR Ministry of DefenseNaxçıvanda hərbi qulluqçular arasında atış birinciliyi keçirilib
Naxçıvanda hərbi qulluqçular arasında atış birinciliyi keçirilib - Sputnik Azərbaycan, 1920, 27.07.2021
Abunə olmaq
Naxçıvanın Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Naxşıvanda əsgər yataqxanaları, hərbi zavod, anbarlar, təlim meydanları və digər obyektlərin tikintisi həyata keçirilib.

BAKI, 27 iyul - Sputnik. Naxşıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvanın Dövlət Statistika Komitəsindən Azərtac-a verilən məlumata görə, 2021-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində Mərkəzi Hospitalın, qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, aerodrom kompleksinin, təlim meydanının və Türkiyə-Naxçıvan Dostluq Parkının tikintisi başa çatdırılıb, hərbi zavodun və anbarın tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilib.

Babək və Şərur rayonlarında saxlancların tikintisi, Culfa rayonunda əsgər yataqxanasının əsaslı təmiri davam etdirilib.

Şahbuz rayonunda əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılıb, yaşayış binasının tikintisi, əsgər yataqxanasının əsaslı təmiri aparılıb. 

Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının şəhərciyində idman zalının yenidən qurulması, Şərur rayonunda 6-cı sərhəd zastavası üçün infrastruktur obyektlərinin tikintisi, 1-ci Sərhəd Komendantlığı binasının yenidən qurulması davam etdirilib.

Əlahiddə Ümumqoşun Orduya “Mitsubishi L200” markalı xidməti avtomobillər təqdim olunub.

Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə iki ailəyə mənzil və Sədərək rayonunda bir ailəyə xidməti mənzil təqdim olunub.

Xəbər lenti
0