09:47 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
30 0 0

Yaqut Qarayeva deyib ki, bu günə qədər Azərbaycanda vurulan vaksinlər arasında heç bir ciddi əks-təsir qeydə alınmayıb.

BAKI, 26 iyul — Sputnik. Bu günə qədər 4 milyon 500 minə qədər vaksin vurulub və Azərbaycanda heç bir ciddi əks təsir olmayıb. Sputnik Azərbaycan-a bu sözləri Operativ Qərargahın keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, bəzən vaksin vurulması ilə bağlı suallar verilir:

"Dünya praktikasına uyğun olaraq yeni ailə qurmamışdan öncə, uşaq planlaşdırılandan öncə ümumi olaraq virus infeksiyalarına qarşı vaksinasiya tövsiyə olunur. Çünki, sonra hamiləlik dönəmində hər hansı gənc xanımın virusa yoluxması uşağın, dölün inkişafına çətinliklər yaradacaq bir şeylərdir. Ona görə də bunları düşünüb öncədən nəzərə almaq tibbi tərəfdən daha doğrudur".

Qeyd edək ki, ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Həmçinin oxuyun:

* Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı növbəti qərarı açıqlandı

* Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!

Əsas mövzular