07:00 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
29 0 0

Ölkəyə idxal olunan çay, buğda və digər, eləcə də əczaçılıq məhsullarının miqdarında ötən illə müqayisədə artım var.

BAKI, 17 iyul — Sputnik. Bu ilin ilk 6 ayında Azərbaycana 18 308 27 ton ət idxal olunub. Sputnik Azərbaycan-ın Dövlət Gömrük Komitəsinə istinadən xəbərinə görə, idxal məhsulunun statistik dəyəri 31 883  61 min ABŞ dolları olub. 2020-ci ilin ilk 6 ayında isə 25 675 45 ton ət idxal olunmuşdu ki, bunun da statistik dəyəri 45 951 91 min ABŞ dolları olub.

Ət məhsullarından fərqli olaraq cari ilin 6 ayında ölkəyə idxal olunan meyvə-tərəvzlərin miqdarında artım olub. Belə ki, cari ilin ilk 6 ayındqa 213 906 96 ton meyvə-tərəvəz idxal olunub ki, bunun da statistik dəyəri 118 617 00 min ABŞ dolları olub. Ötən ilin cari dövründə isə 195 596 10 ton meyvə-tərəvəz idxal olunub bunun da statistik dəyəri 113 804 01 min ABŞ dolları olub.

Ölkəyə idxal olunan çay, buğda və digər, eləcə də əczaçılıq məhsullarının miqdarında ötən illə müqayisədə artım var. Belə ki, 2020-i ilin ilk 6 ayında statistik dəyəri 180 783 17 min ABŞ doları olan əczaçılıq məhsulları idxal edilmişdisə, cari ilin ilk 6 ayında ümumi dəyəri 253 489 88 min ABŞ dolları olan 11 920 10 ton belə məhsul idxal edilib.

Qeyd edək ki, ümumilikdə ötən il ərzində ölkəyə 43 948.45 ton ət, 363 143 45 ton meyvə-tərəvəz, 22 673 04 ton isə əczaçılıq məhsulları gətirilib.

Əsas mövzular