07:01 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
25 0 0

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

BAKI, 17 iyul — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 80 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər (onlardan ikisi azyaşlı, biri yataq xəstəsidir) təhlükəsiz əraziyə təxliyə olunub.

Qeyd edək ki, 21 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 41 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdu.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinə istinadla xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Belə ki, yanğın barədə qaynar xəttə saat 20:49-da daxil olan ilkin məlumat əsasında cəmi 6 dəqiqə sonra, yəni saat 20:55-də yanğınsöndürmə qüvvələri hadisə yerinə çatıb.

Yaşayış kompleksinin həyətinə girişdə, habelə həyətdə vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınla mübarizə üçün xüsusi təyinatlı nəqliyyat vasitələrinin, o cümlədən avtonərdivanın yanğın yerinə yaxınlaşaraq tətbiq edilməsi mümkün olmayıb. Bu səbəbdən, yanğınsöndürənlər, təqribən 80 metr məsafədən su xətti açaraq yanğınla mübarizəni fərdi qaydada, bilavasitə mənzilin daxilində aparmalı olublar.

Yanğınsöndürənlərin fərdi şücaəti və peşəkar fəaliyyəti sayəsində yanğın saat 21:30-da məhdudlaşdırılaraq saat 21:36-da tam söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 60 m² olan mənzilin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Əsas mövzular