Xeyli uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

© AFP 2023 / DELIL SOULEIMANНоги ребенка, фото из архива
Ноги ребенка, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Abunə olmaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, yanvar-iyun aylarında 26-sı oğlan, 28-i qız olmaqla 54 uşaq övladlığa verilib.

BAKI, 17 iyul — Sputnik. 2021-ci ilin 6 ayı ərzində dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlər davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu müddətdə sosial xidmət müəssisələrindən 31 uşaq ailələrinin istəkləri əsasında yenidən doğma ailələrinə qaytarılıb. Onlardan 11-i qız, 20-si oğlandır.

Nazirliyin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı edilmiş müraciətlərə uyğun olaraq, yanvar-iyun aylarında 26-sı oğlan, 28-i qız olmaqla 54 uşaq övladlığa verilib.

Uşaqların övladlığa götürüldüyü ailələrdə monitorinq işləri də davam etdirilib, övladlığa götürülmüş 206 uşaqla bağlı 204 əyani, 2 distant formada monitorinqlər aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığagötürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov Sputnik-ə açıqlamasında bildirib ki, 01.11.2019-cu il tarixindən indiyədək - 74 uşaq övladlığa götürülüb. Onlardan - 34-ü oğlan, 34-ü qızdır. Övladlığa götürülən uşaqların 38-i 0-3 yaş, 31- uşaq 4-11 yaş - 31 uşaq, 5 uşaq isə 12 -18 yaş arasındadır.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 2019-cu il dekabrın 10-da idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" alt sistem yaradılıb. 23 dekabr 2019-cu il tarixli Fərmanla övladlığagötürmə sahəsində bir sıra yeni səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Noyabrın 1-dən övladlığagötürmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə keçib. Məlumat üçün onu da bildirək ki, övladlığa uşaqların verilməsində bu tarixədək üç qurum iştirak edirdi. Bunlar Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi idi. Hazırda bu prosesi ƏƏSMN icra edir.

Xəbər lenti
0