Fermerlər üçün bildiriş: Azərbaycanda südlük inəkləri necə sığortalamalı?

© Sputnik / Rahim MuradovКорова, фото из архива
Корова, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
Artıq südlük inəklərin sığortalanması üzrə ilk sığorta ödənişi həyata keçirilib. Yaxın vaxtlarda bu sığorta növü üzrə növbəti ödənişlər həyata keçiriləcək.

BAKI, 16 iyul — Sputnik. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə fermerlər südlük inəkləri sığortalaya bilərlər.

Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, qanunvericiliyə əsasən inəklər 2 sığorta zərfi vasitəsilə sığortalana bilər. Əsas riskləri əhatə edən 1-ci sığorta zərfi üzrə sığorta tarifi 6,1%, genişləndirilmiş riskləri əhatə edən 2-ci sığorta zərfi üzrə sığorta tarifi 9,5% təşkil edir.

Sığorta ödənişləri inəklərin ölümü və məcburi kəsimə verilməsi hallarında edilir.

Fermerlər hesablanmış sığorta haqqının yalnız yarısını ödəyirlər. Sığorta haqqınının qalan hissəsini fermerlərə dəstək üçün dövlət ödəyir.

Müxtəlif qiymətə olan inəklərin sığortalanması üçün fermerin ödədiyi məbləğ aşağıdakı kimidir:

Qiyməti 1 000 manat olan inəyin sığorta haqqı - 31 manat (I sığorta zərfi) 47 manat (II sığorta zərfi)

Qiyməti 1 500 manat olan inəyin sığorta haqqı - 46 manat (I sığorta zərfi) 71 manat (II sığorta zərfi)

Qiyməti 2 000 manat olan inəyin sığorta haqqı - 61 manat (I sığorta zərfi) 95 manat (II sığorta zərfi)

Qiyməti 2 500 manat olan inəyin sığorta haqqı - 76 manat (I sığorta zərfi) 119 manat (II sığorta zərfi)

Qiyməti 3 000 manat olan inəyin sığorta haqqı - 91 manat (I sığorta zərfi) 142 manat (II sığorta zərfi)

Qiyməti 4 000 manat olan inəyin sığorta haqqı - 122 manat (I sığorta zərfi) 190 manat (II sığorta zərfi)

Qiyməti 5 000 manat olan inəyin sığorta haqqı - 153 manat (I sığorta zərfi) 237 manat(II sığorta zərfi)

Qiyməti 6 000 manat olan inəyin sığorta haqqı - 183 manat (I sığorta zərfi) 285 manat (II sığorta zərfi)

Fermerlər və iş adamları kənd təsərrüfatı heyvanları üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş "Bitkiçilik kalkulyatoru" https://asf.gov.az/insurance-calculators/livestock-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər. Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Qeyd edək ki, artıq südlük inəklərin sığortalanması üzrə ilk sığorta ödənişi həyata keçirilib. Yaxın vaxtlarda bu sığorta növü üzrə növbəti ödənişlər həyata keçiriləcək.

Xatırladaq ki, Aqrar Sığorta Fondu Azərbaycan Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli fərmanı ilə yaradılıb.

Aqrar Sığorta Fondu aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədilə təsis edilib.

Fond öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir və müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyinin artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır.

"Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub.

Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

Aqrar Sığorta Fondunun Nizamnaməsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.

Xəbər lenti
0